Ronaldinyo yaşıl sahələrə döndü - 46 yaşlı məşhur futbolçu 11 il sonra yeni komanda ilə anlaşdı

Ronaldinyo yaşıl sahələrə döndü - 46 yaşlı məşhur futbolçu 11 il sonra yeni komanda ilə anlaşdı

İDMAN

Bugün, 13:38

Dünya futbolunun əfsanələrindən olan brazilyalı Ronaldinyo 11 il əvvəl bitirdiyi aktiv futbol həyatını yenidən canlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 46 yaşlı braziliyalı əfsanə İtaliyanın Seriya C komandalarından "Ravenna FC" ilə razılığa gəlib.

Onun  yaşına baxmayaraq yenidən peşəkar futbol oynamaq qərarı ciddi suallar doğursa da, 46 yaşlı Ronaldinyo 11 ildən sonra yaşıl meydana dönməsinin qürurunu yaşadığını deyib: "Yeni həyatımda çox həyəcanlıyam.  Yeni bir hekayə yazmağı və yenidən topun üzərində rəqs etməyi səbirsizliklə gözləyirəm."

Xatırladaq ki, karyerasında Barselona, ​​​​Milan və PSJn kimi böyük klublarda oynayan Ronaldinyo sonuncu dəfə 2015-ci ildə "Fluminense"də forma geyiib.

Fərid 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR