Avropanın nəhəng ölkəsindən açıq təhdid: "...Şengendən çıxacağıq"

Avropanın nəhəng ölkəsindən açıq təhdid: \"...Şengendən çıxacağıq\"

DÜNYA

Bugün, 00:12

Mərakeşdən iyulun 30-da bir gün içində dənizdən üzməklə İspaniyaya girən 80 minə yaxın miqrant axını Avropa ölkələrini qorxuya salıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o vaxtı İtaliya başda olmaqla Avropanın bir çox ölkələri İspaniyanı şengen zonasından uzaq saxlamağa çağırması artıq "bəhrə" verməyə başlayıb.

Məlumata görə, Almaniyanın müxalifətdəki ifrat sağçı Almaniya üçün Alternativ partiyasının lideri Alis Vaydel bu nüansa diqqət çəkərək, Avropa İttifaqı liderlərini hədələyib.

O bildirib ki, ölkəsi İspaniyada baş verən oxşar hadisəyə əsla səbrli yanaşmayacaq: "Biz açıq şəkildə deyirik ki, oxşar hadisə baş verərsə, yəni, miqrantlar Almaniyaya doğru yayılarsa, dərhal sərhədlərimizi bağlayırıq. Hətta Seutada baş verənlərə bənzər hadisələr baş verərsə, Şengendən belə çıxacağıq".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR