Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və "Oxunguzar"da - FOTOLAR (Yenilənib)
GÜNDƏM
23.08.2026, 23:00
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar.
Mia.az xəbər verir ki, bu layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib.
İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.
Burada, eyni zamanda, müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.
***
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Mia.az xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar", "Birinci İntibah dövrü", "İkinci İntibah dövrü", "XX əsrdə Özbəkistan", "Yeni Özbəkistan – Üçüncü İntibahın əsası" və "Müqəddəs Quran" adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən "Müqəddəs Quran" zalında müsəlman dünyasının mənəvi incisi – "Osman Quranı" saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış "Quran"ın əlyazma nüsxələri və özbək dilinə tərcümələri təqdim olunur.
Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Salah varsa, problem yoxdur! - "Trabzonspor" 2 qolla qazandı
Bugün, 00:02 İDMAN
-
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və "Oxunguzar"da - FOTOLAR (Yenilənib)
23.08.2026, 23:00 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANDA: yeni sənədlər imzalandı, mühüm mesajlar + VİDEO, FOTOLAR (YENİLƏNİB)
23.08.2026, 21:37 GÜNDƏM
-
Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb - FOTO
23.08.2026, 20:01 GÜNDƏM
-
İLHAM ƏLİYEV TƏLTİF OLUNDU - FOTOLAR
23.08.2026, 19:24 GÜNDƏM
-
Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
23.08.2026, 18:16 SİYASƏT
-
Azərbaycanla Özbəkistan arasında tarixi sənəd: "Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Nələr olacaq? + FOTOLAR
23.08.2026, 17:11 GÜNDƏM
-
Prezident və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
23.08.2026, 16:25 GÜNDƏM
-
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib
23.08.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan-Özbəkistan münasibətləri: görünən və görünməyən detallar (TƏHLİL)
23.08.2026, 16:15 SİYASƏT
-
Prezident və xanımı Daşkənddə Heydər Əliyevin barelyefi önündə - VİDEO
23.08.2026, 14:47 GÜNDƏM
-
"Bir-birimizi başa düşürük, bəzi hallarda rus dilində də danışırıq" - Hikmət Hacıyev + VİDEO
23.08.2026, 14:31 SİYASƏT
-
Bəzi bürclər niyə daim maliyyə çətinlikləri ilə üzləşir? - SƏBƏB
23.08.2026, 13:34 MƏDƏNİYYƏT
-
Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? - “Kapital Bank”la bağlı şok iddia + AÇIQLAMA
23.08.2026, 13:23 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
23.08.2026, 12:33 GÜNDƏM
-
Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virus yayılıb? - Şikayətçi Xəzər TV-yə elə sözlər dedi ki... (VİDEO)
23.08.2026, 12:22 CƏMİYYƏT
-
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat başlayır - Bu tarixdə
23.08.2026, 12:14 GÜNDƏM
-
Prezidentin səfərini işıqlandıran jurnalistlər... - VİDEO
23.08.2026, 10:21 PRESS
-
Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şousu - VİDEO
23.08.2026, 10:08 GÜNDƏM
-
Xəzərdə neftçi faciəli şəkildə öldü
23.08.2026, 09:24 CƏMİYYƏT
-
Bakının icra başçısı Özbəkistanda: “Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”
23.08.2026, 00:21 SİYASƏT
-
Özbəkistanla Azərbaycan arasında yeni sənədlər imzalanıb - FOTOLAR (Yenilənib)
22.08.2026, 18:08 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
22.08.2026, 17:45 SİYASƏT
-
Xalq artisti Şükufə Yusupovanı maşın vurub, vəziyyəti ağırdır - AÇIQLAMALAR (Yenilənib)
22.08.2026, 15:21 MƏDƏNİYYƏT
-
Səfirin mətbuat konfransında protokol pozuntusu…
22.08.2026, 14:31 SİYASƏT
-
“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu - Bakıya gətirildi (Yenilənib)
22.08.2026, 13:59 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
22.08.2026, 12:00 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22.08.2026, 11:25 İQTİSADİYYAT
-
Əməkdar jurnalist vəfat edib
22.08.2026, 10:10 PRESS
-
Gəncədə daha bir bıçaqlanma hadisəsi olub
22.08.2026, 09:46 KRİMİNAL
-
Xəzər dənizində zəlzələ olub
22.08.2026, 09:12 GÜNDƏM
-
Gəncədə daha bir qətl: 66 yaşlı kişi 65 yaşlı həmyerlisini öldürdü
22.08.2026, 00:03 KRİMİNAL
-
Təriqət liderinin qardaşı keçmiş DİN başçısının maşınını necə ələ keçirib? - Türkiyədə skandal olay
21.08.2026, 23:42 SİYASƏT
-
Ərdoğan onu qarşılayan CHP-li bələdiyyə sədrini AKP-yə dəvət etdi: "Gəlmək istəyirsinsə, qapımız sənə açıqdır"
21.08.2026, 23:10 SİYASƏT