ABŞ SƏFİRİ TÜRKİYƏ-İSRAİL GƏRGİNLİYİ HAQQINDA ŞOK AÇIQLAMALAR VERDİ: "Türk ordusu çox cəsur və hazırlıqlıdır, onlar..." -  "Bu, bir seçki oyunudur"

ABŞ SƏFİRİ TÜRKİYƏ-İSRAİL GƏRGİNLİYİ HAQQINDA ŞOK AÇIQLAMALAR VERDİ: \"Türk ordusu çox cəsur və hazırlıqlıdır, onlar...\" -  \"Bu, bir seçki oyunudur\"

GÜNDƏM

24.08.2026, 10:07

Donald Trampın Suriya və Yaxın Şərq üzrə xüsusi elçisi və  ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Türkiyə-İsrail gərginliyi ilə bağlı maraqlı müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ABŞ-ın iki dövlət arasındakı münasibətlərin müharibəyə səbəb olmasına qarşı olduğunu və bu prosesi əngəlləmək istiqamətində çalışdıqlarını gizlətməyib.

Tom Barrak həmçinin Türkiyə, İsrail və Suriyanın İŞİD terrorçularını ovlamaq üçün hər gün, hər gecə birgə əlaqəl halda işlədiklərini də sözlərinə əlavə edib.

Səfir Barrak YouTube-da canlı yayım zamanı daha sonra  Türkiyənin hərbi gücünə diqqəti çəkib: "Bilirsiniz ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər 2000-ci illərin əvvəllərində müsbət olub. Bu günə gəldikdə, inancım və ümidim budur ki, bu, yenidən baş verəcək. İsrail ilə Türkiyə arasında son zamanlar artan gərginliyə gəldikdə isə, bu ölkələrin yüksək vəzifəli şəxslərinin açıqlamalarında seçki texnologiyalarının izini görmürsünüzmü? Siyasi seçki kampaniyası zamanı, məncə, hər iki tərəf daxildə qələbə üçün etməli olduğu gedişləri edir. Deyilmi?!

Baxın, Baş nazir Benyamin Netanyahu daha tez - oktyabr ayında keçiriləcək seçkilərə doğru gedir. O, seçicilərinin nə istədiyini bilir. Lakin gərginliyə baxmayaraq, İsrail, Türkiyə və Suriya ortaq maraqları bölüşür. Hətta təkcə Suriya belə kürdlər, SDF və İŞİD ilə mübarizə aparır. Bildiyiniz kimi, bu arada, hər axşam Türkiyə, İsrail və Suriyanı İŞİD terrorçularını ovlamaq üçün əlaqələndiririk. Çünki bölgədə azca boşluq yaranan kimi İŞİD özünü yenidən toparlamağa böyük səy göstərir.

Qaldı  İsrail sərhədindən 85 kilometr məsafədə yerləşən və T4 və Palmira adlanan Suriyadakı iki ərazinin İsrail üçün təhlükəsizlik baxımından əhəmiyyətinə və bu səbəbdən oraların bombalanmasına, açıq deyim ki, Tel-Əviv rejimi bu barədə Ankaraya dəfələrə "Xahiş edirəm, bu iki bazaya yerləşməyin. Onlar bizə çox yaxındır. Biz də Suriya hökumətindən arxayın deyilik, onlara güvənmirik. Üstəlik, sizin də (Türkiyəni nəzərdə tutur-Mia.az) Suriya hökuməti ilə əlaqənizin səmimi və möhkəmliyinə əmin deyilik. Buna görə də, xahiş edirik, orada yenidən yerləşməyin, əks halda zərbə endirəcəyik", - deyə xəbərdarlıq edib. Bəli, bu məsələ bir müddət irəli-geri müzakirə olundu, amma türklər ağıllı hərəkət edərək İsraillə döyüşmək istəmədiklərini bildirdilər. Bəli, türklərin daimi mesajı bu istiqamətdə idi. Düzdür, türk ordusu güclü, cəsur, çox yaxşı təchiz olunub və nə etdiyini bilir. Bu gərginlik İkinci Dünya Müharibəsi kimi bir müharibəyə çevrilə bilərmi? Bizim fikrimiz budur ki, İkinci Dünya Müharibəsində olduğu kimi, təsadüfi bir hərəkət hər an yeni bir dünya müharibəsinə səbəb ola bilər və düşünürəm ki, hamımız bunun qarşısını almağa çalışırıq."

Barak bildirib ki, Netanyahunun  "Böyük İsrail" kimi planı da real deyil: "Bir nəzəriyyə budur ki, israillilər türkləri təhrik edir. Unutmayın ki, türklər oxşar şəraitdə illər əvvəl Rusiya döyüş təyyarəsini vurublar, elə deyilmi?

İndi də hərbi təyyarələri xəbərdarlıq etmədən, razılaşma olmadan sərhəddə yerləşdirmək çox təhlükəli bir oyundur. Gərginliyin ciddi və narahatedici tərəfi də budur. Hə, onu da bilirəm ki, Türkiyə kəşfiyyat orqanları, onların yüksək rəhbərliyi, xarici işlər nazirləri, prezidenti, kəşfiyyat rəisləri, hamısı təmkinli olmağa diqqət yetirirlər. Bu, həqiqətən doğrudur. Bu, bir faktdır. Onlar aqressiv deyillər. Onlar İsrailə hücum etməkdə, hətta hər hansı bir kinetik və ya düşmən münasibəti qurmaqda maraqlı deyillər. Bu, region üçün yaxşı deyil. Bu, onlar üçün də yaxşı deyil".

F.ƏHMƏD 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR