"SOCAR prezidentinin qohumuyam" deyib qanunsuz torpaq satmaq istədi, lakin...
KRİMİNAL
Bugün, 17:55
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilən şəxslər-Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu “Azərbaycan Dövlət Neft Şirkəti”nin balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat pul alıblar.
Məhkəmədə Emil Səmədov cinayət əməlinə görə özünü qismən təqsirli bilib. Emil ifadəsində Elşən Quliyevi Rövşən vasitəsilə tanıdığını deyib.
Rövşən ona torpaq özəlləşdirmə ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə bu işi həll edə biləcəyini deyib. Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.
Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin prezidentini Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin direktorun bu işə aidiyyəti olmadığını qeyd edib.
İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.
Yekunda təqsirləndirilən şəxslər ikisi də xeyli miqdarda dələduzluqda təqsirli biliniblər. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Emil Səmədova 2 il həbs cəzası verilib.
Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aqrar Universitetində yoxlama: nöqsanlarla bağlı qərar qəbul edilib
Bugün, 18:47 İQTİSADİYYAT
-
Türk aktrisa çimərlikdə belə pozalar verdi: “Bu, reklam deyil” – FOTOLAR
Bugün, 18:10 ŞOU-BİZNES
-
"SOCAR prezidentinin qohumuyam" deyib qanunsuz torpaq satmaq istədi, lakin...
Bugün, 17:55 KRİMİNAL
-
"İmişli” klubu baş məqşçi və köməkçiləri ilə vidalaşdı
Bugün, 17:41 İDMAN
-
Nərimanovda bu obyektlər sökülür - FOTOLAR
Bugün, 17:28 CƏMİYYƏT
-
Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb
Bugün, 17:20 DÜNYA
-
Almaniyada silahlı atışma: 5 nəfər öldürülüb, 2 nəfər saxlanılıb
Bugün, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)
Bugün, 16:54 PRESS
-
Səadət Yusifova: "Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır"
Bugün, 16:43 MƏDƏNİYYƏT
-
Məktəblərdə mobil telefonlardan istifadə qadağan olundu - Nazir əmr imzaladı + YENİ QAYDALAR
Bugün, 16:31 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:30 GÜNDƏM
-
“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi
Bugün, 16:27 KRİMİNAL
-
Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edilib
Bugün, 16:17 CƏMİYYƏT
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı: Aqil Ələsgər İdarə Heyətinə seçildi - FOTOLAR
Bugün, 16:17 PRESS
-
Türk sənətçi efirdə uşağını əmizdirdi: “Bir saat belə onu tək qoymaram”
Bugün, 16:06 ŞOU-BİZNES
-
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bugün, 15:51 SİYASƏT
-
Bu şəxslər təltif olundu - SİYAHI
Bugün, 15:38 GÜNDƏM
-
Aktyor Deniz Göktaşa cinayət işi açıldı
Bugün, 15:30 MƏDƏNİYYƏT
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı - Dəyişiklik təsdiqləndi
Bugün, 15:21 GÜNDƏM
-
Xüsusi icra məmurları vergi yoxlamalarına cəlb olunacaq - Mikayıl Cabbarov qərar imzalayıb
Bugün, 15:15 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir ölkəylə vizanı ləğv etdi
Bugün, 15:00 GÜNDƏM
-
"Kristal"ın binalarında “kupça” üçün 500 manat alınır
Bugün, 14:55 CƏMİYYƏT
-
Baklkıda blogerlər restoranda saçyolduya çıxdılar - VİDEO
Bugün, 14:44 PRESS
-
Baş prokuror Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşdü - Müzakirə + FOTOLAR
Bugün, 14:41 SİYASƏT
-
Bakıda daha bir nəfər dənizdə batıb
Bugün, 14:22 CƏMİYYƏT
-
DÇ-2026-da inanılmaz olay: “Nazirəm” deyib gizlicə stadiona girdilər və… - FOTOLAR
Bugün, 14:05 İDMAN
-
Bu gün geomaqnit qasırğası gözlənilir
Bugün, 13:49 GÜNDƏM
-
Nazir Pərviz Şahbazova ağır itki üz verib
Bugün, 13:22 CƏMİYYƏT
-
Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişdi - Ekspert yüksək vəzifəyə gətirildi
Bugün, 13:17 CƏMİYYƏT
-
Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb - ÇIXIŞ + FOTOLAR (YENLƏNİB)/
Bugün, 13:02 GÜNDƏM
-
Ərdoğan Bakıya məktub göndərdi: "Azərbaycan bu gün də türk dövlətlərinin…”
Bugün, 12:42 SİYASƏT
-
Xəstəxana: "Nəriman Həsənzadənin vəziyyəti ağırdır"
Bugün, 12:37 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT