Beynəlxalq Bank, AccessBank, ExpressBank, Yelo Bank... - Osman Gündüz problem və yoxa çıxan pullardan yazır
YAZARLAR
25.06.2026, 12:49
Osman Gündüz,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü
***
Ötən gün Azərbaycan Beynəlxalq Bankı (ABB), AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlər yoxa çıxıb. Bu bankların ortaq cəhəti odur ki, hamısı Azericard prosessinq mərkəzinə bağlıdır.
ABB problemi “3-cü tərəf provayderi” ilə bağlı texniki nasazlıqla izah edib. Azericard baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin “Azericard-dan asılı olmadığını” bildirib. Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini, ödəniş infrastrukturunda problem olmadığını açıqlayıb.
Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Hansı ki, ictimai etimad baxımından ən vacib məqam da elə budur.
Bəs oğurluqdur, yoxsa sistem xətası?
Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və MB-nin açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiber hücum deyil.
Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır.Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni “pulu aparan” kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir.
Kimdir günahkar?
Bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq element ikidir: MB-nin hesablaşma infrastrukturu və Azericard prosessinqi.
MB öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığına görə, məntiqlə ortaq element kimi Azericard qalır.
Onun “hadisə mənim ərazimdə olub, amma günah məndə deyil” tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emalda olduğuna işarə edir.
Üstəlik də, hesablaşma zəncirində bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi.
Anomaliyanın tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə bankı vurması göstərir ki, belə kritik qurumda bu mexanizmlər ya yoxdur, ya da təkmil deyil.
Düşünürəm ki, belə bir xətadan sonra MB daha sərt addımlar atmalı idi.
Problem ABB-də, yaxud digər banklarda deyil, məhz MB-nin nəzarəti və lisenziyası altında işləyən qurumda – Azericard-da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar olub.
Ümid edirəm, MB hadisəni araşdırıb ciddi audit təşkil edəcək.
Banklardan isə zərər çəkənlərə qarşı həssaslıq gözlənilir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
Bugün, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
Bugün, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
Bugün, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
Bugün, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
Bugün, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
Bugün, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
Bugün, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
Bugün, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
Bugün, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.2026, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
10.07.2026, 17:47 İQTİSADİYYAT
-
Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsilib
10.07.2026, 17:34 CƏMİYYƏT
-
"O, 9 yaşından tələbəmdir, mən evdə olmayanda da bizə gəlib-gedir" - Mənsum İbrahimov
10.07.2026, 17:31 MƏDƏNİYYƏT
-
Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika
10.07.2026, 17:29 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir - Təyinat
10.07.2026, 17:20 CƏMİYYƏT
-
ABŞ və İran arasında danışıqlar başlayır – Qətər tərəfləri bir araya gətirir
10.07.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
10.07.2026, 17:00 İQTİSADİYYAT
-
Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
10.07.2026, 16:45 CƏMİYYƏT