Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO

Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO

ŞOU-BİZNES

02.10.2026, 23:37

Türkiyəli məşhur aktyor Çağlar Ərtuğrul bu dəfə taxdığı bahalı saatla gündəm olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bahalı saat markalarının həvəskarı olan aktyorun budəfəki saatı "Audemars Piguet"in "Royal Oak Chronograph" modeli olub.

İddiaya görə, saatın təxminən 2 milyon 200 min TL (76 min manatdan çox) dəyərində qiyməti var.

Bildirilib ki, saatın səkkizbucaqlı çərçivəsi, polad korpusu, metal bilərzik, xronoqraf əlləri, avtomatik mexanizmi və sapfir şüşəsi var.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR