“iPhone 17 Pro” markalı telefonların rəngi niyə dəyişir? - “Baku Electonics” "Apple"ni günahkar bilir + VİDEO
CƏMİYYƏT
Bugün, 09:29
Bakıda müştərinin aldığı “iPhone 17 Pro” markalı telefon ona problem yaradıb.
Mia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya S.Məmmədova adlı vətəndaş müraciət edib.
Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb. Vətəndaş bildirib ki, “iPhone”un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb: “Cari ilin dekabr ayında “Baku Electonics”in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir...”
S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib: “Onlara bunu bildirdikdə dedilər ki, “Apple”ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?”
Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır.
İddialarla əlaqədar “Baku Electonics”lə əlaqə saxlasaq da, rəsmi cavab ala bilmədik.
Məlumat üçün bildirək ki, “iPhone 17 Pro”nun “cosmic orange” rəngində çəhrayılaşma iddiaları bir müddət əvvəl dünya mediasında da gündəm olmuşdu. Məlumatlara görə, bəzi cihazlarda narıncı rəng zaman keçdikcə çəhrayı və ya rose-gold çalarına doğru dəyişir. Başqa bir istifadəçi isə cəmi dördgünlük “iPhone 17 pro” cihazında kamera hissəsinin gün işığında çərçivədən daha tünd göründüyünü bildirib. Mütəxəssislər mümkün səbəblər arasında peroksid tərkibli təmizləyici vasitələrin istifadəsini və ya uzunmüddətli ultrabənövşəyi (UV) şüalara məruz qalmanı göstərirlər.
Maraqlıdır ki, “iPhone 17 pro” seriyasının digər daha solğun rəng variantlarında bu problem müşahidə olunmayıb. “Apple” hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
Bununla belə, bəzi istifadəçilər “Apple Support” tərəfindən cihazlarının yoxlanıldıqdan sonra yenisi ilə əvəz edildiyini bildiriblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aktyor Kadir İnanırın səhhəti ağırlaşıb
Bugün, 12:02 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov Polşa XİN başçısı ilə müzakirə apardı
Bugün, 11:50 SİYASƏT
-
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bugün, 11:37 İQTİSADİYYAT
-
Bir nəfərin ölümü, digərinin yaralandığı qəzada ittiham olunan tiktoker... - Məhkəmə təxirə salındı
Bugün, 11:29 KRİMİNAL
-
Səməd Seyidovdan AŞPA-nın qətnaməsinə reaksiya: "Məqsəd regionda yenidən gərginlik yaratmaqdır"
Bugün, 11:14 SİYASƏT
-
Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir
Bugün, 11:08 MƏDƏNİYYƏT
-
Nazir, komitə sədrləri... - Hökumət üzvlərinin qəbul günləri + CƏDVƏL
Bugün, 11:06 GÜNDƏM
-
DÇ-2026-ya damğa vuran unikal olay: stadionda ingilis hücumçuya cadu etdilər – “Bundan sonra…” (FOTO)
Bugün, 10:39 İDMAN
-
Hörmüz boğazında ikitirəlik: Oman ayrı dəhliz açdı, İran xəbərdarlıq etdi
Bugün, 10:23 GÜNDƏM
-
Denis Afanasyev Fəxri xiyabanıda - FOTO
Bugün, 10:19 GÜNDƏM
-
"Toxumçuluq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb
Bugün, 10:19 İQTİSADİYYAT
-
Masallıda çətənə yetişdirən şəxs saxlanılıb
Bugün, 10:16 KRİMİNAL
-
PAY TORPAQLARI: birləşdiriləcək, yoxsa... - YENİ QANUN NƏ DEYİR?
Bugün, 10:09 İQTİSADİYYAT
-
KEÇMİŞ MTN GENERALI HƏBSDƏN BURAXILDI - 10 il sonra...
Bugün, 10:03 GÜNDƏM
-
Kərəm “Qalatasaray”ın futbolçusuna “Ulan, gerizəkalı” dedi
Bugün, 09:54 İDMAN
-
Azərbaycan nefti daha 3.4 dollar ucuzlaşdı
Bugün, 09:39 İQTİSADİYYAT
-
“iPhone 17 Pro” markalı telefonların rəngi niyə dəyişir? - “Baku Electonics” "Apple"ni günahkar bilir + VİDEO
Bugün, 09:29 CƏMİYYƏT
-
39 saniyə içində baş verən böyük zəlzələlər... - Venesuelada binalar uçdu, uçuşlar dayandırıldı (FOTOLAR, YENİLƏNİB)
Bugün, 09:22 GÜNDƏM
-
Jurnalist: "Azərbaycanın bank sistemindəki problem çox dərindədir"
Bugün, 09:15 İQTİSADİYYAT
-
Zəlzələlərdə ölü sayı 10 mindən çoxdur? - Tramp 39 saniyəyə böyük dağıntı yaşanan ölkəyə əl uzatdı
Bugün, 09:08 GÜNDƏM
-
Azərbaycan Nəşriyyatı 1,952 milyon manat zərər edib
Bugün, 09:06 PRESS
-
Bələdiyyə sədri, anası və sabiq deputat saxlanıldı – Türkiyədə
Bugün, 08:35 SİYASƏT
-
“Ürəyimi Türkiyə üçün qoydum…” – Montella istefa verəcək?
Bugün, 08:19 İDMAN
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası: nələr müzakirə edilib?
Bugün, 08:05 SİYASƏT
-
DÇ-2026: A qrupunda mərhələ adlayan komandaların adları bəlli oldu
Bugün, 07:56 İDMAN
-
DÇ-2026: Brazilya və Mərakeş növbəti mərhələyə yüksəldi
Bugün, 07:51 İDMAN
-
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç oldu
Bugün, 07:50 GÜNDƏM
-
DÇ-2026-nın B qrupu: 2 oyun, 7 qol... - Hansı komandalar mərhələ adladı?
Bugün, 00:59 İDMAN
-
TƏBİB RƏHBƏRİNDƏN NÖVBƏTİ ƏMRLƏR - Daha 3 xəstəxana direktoru vəzifədən çıxarıldı
Bugün, 00:50 CƏMİYYƏT
-
Almaniya kansleri: “5 Avropa ölkəsi olaraq 5 mühüm mesaj verdik"
Bugün, 00:37 GÜNDƏM
-
Baş nazirdən Ukrayna ilə bağlı açıqlama: “Bizi vacib qərarlar və hadisələr gözləyir”
Bugün, 00:27 GÜNDƏM
-
Vəkil qızının ölümünə görə yenə Abşeron Mərkəzi Xəstəxanasını ittiham etdi - TƏBİB belə cavab verdi (YENİLƏNİB)
Bugün, 00:21 CƏMİYYƏT
-
Gəncə Birləşmiş Xəstəxanasının direktoru vəzifədən çıxarılıb
Bugün, 00:15 CƏMİYYƏT
-
AVROPANIN 5 ÖLKƏSİ YENİ İTTİFAQ QURUR - İtaliya Baş naziri “NATO-da Avropanın gücü artırılmalıdır” deyir
Bugün, 00:04 GÜNDƏM