İcra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb - Müşavirədə
CƏMİYYƏT
24.06.2026, 13:27
"2025-ci ildə Sabirabad rayonunda ümumi məhsil istehsalının dəyəri 919,1 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsal dəyəri isə 613,5 milyon manat təşkil edib".
Mia.az xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
"Beləliklə, ötən il ümumi məhsul buraxılışının təqribən 67 %-i kənd təsərrüfatının payına düşüb. Bunun da 55 %-dən çoxu, yəni 329,6 milyon manatlıq hissəsi heyvandarlıq sahəsində əldə edilib. Bu da öz növbəsində ölkə üzrə ən yüksək göstəricidir. Həmçinin 2025-ci ildə rayonda 20 262 hektarda taxıl əkini aparılıb, 88 292,5 ton məhsul tədarük edilib, məhsuldarlıq hər hektardan 43,6 sentner olub ki, bu da respublika səviyyəsində yüksək göstəricilərindən biridir. 2025-ci illə müqayisədə 2026-cı ildə rayonda taxıl əkini sahələri 3 542 hektar artaraq 23 804 hektar olub. Bu il 45 sentnerdən çox məhsuldarlıq gözlənilir. Ümumiyyətlə 2025-ci illə müqayisədə 2026-cı ildə 3 min hektara yaxın torpaq sahəsində artıq əkin aparılıb və əkin dövriyyəsi 70 410 hektar təşkil edib", - deyə o qeyd edib.
***
Son illər Sabirabadda torpaqların suvarılması ilə bağlı çox mühüm tədbirlər həyata keçirilib, ölkə Prezidentinin tapşırığı ilə rayonun ərazisində çəkilən yeni suvarma kanallarının hesabına rayon üzrə 26 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.
Mia.az xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
"Təkcə son 10 ildə rayonda 82,9 km yeni suvarma kanalı, 446,2 km kollektor çəkilib, suvarma məqsədilə 14, meliorativ məqsədlə isə 3 yeni nasos stansiya tikilib. Suvarma sahəsində işlərin vaxtında həyata keçirilməsi üçün rayonun 21 kəndində Kür çayı sahilində yerləşmiş stasionar nasos stansiyaların üzən panton gəmilərinə keçirilməsi hər il Kür çayında suyun səviyyəsinin həm qalxması, həm də enməsi zamanı yaranan problemin birdəfəlik həll olunmasını təmin etmiş olardı. Bu məsələnin həllində köməklik göstərilməsinə ehtiyacımız varr", - deyə o qeyd edib.
Bundan başqa, icra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb: "Ölkə Prezidentinin təsdiq etdiyi Dövlət Praqramının məqsədlərini, imkanlarını və hədəflərini fermerlərə, fərdi təsərrüfatçılara effektiv şəkildə çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları birlikdə təbliğat mexanizmlərinin işlənilməsi vacibdir. Aqrar kooperativlərin yaradılması gündəmə gətirilməlidir ki, bu da fermerlərə xərcləri azaltmağa, məhsuldarlığı artırmağa və bazara çıxışı asanlaşdırmağa kömək edərd. Fermerlərin əkinlərinin təbii fəlakətlərdən qorunması, ərzaq təhlükəsizliyinin və aqrar investisiyaların artırılması üçün aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və yerlərdə təbliğatının təmin olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yerli iqlim şəraitinə uyğunlaşdırılmış və xəstəliklərə dözümlü toxum sortlarının, istər taxılçılıq, istər pambıqçılıq, istərsə də digər sahələrdə əkin dövriyyəsinə daxil edilməsi məqsədilə ölkəyə gətirilməsi ilə bağlı toxum tədarükçüsü şirkətlərinə dövlət dəstəyinin göstərilməsi də görüləsi işlərdəndir".
İcra başçısı 17 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda keçirilmiş müşavirəni xatırladıb: "Həmin müşavirədə qarşımıza çox ciddi vəzifələr qoyulub. Verilən tapşırığın icrasını təmin etmək məqsədilə mövcud imkanlar təhlil olunaraq qərargah yaradılıb, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub Bunun nəticəsi olaraq Sabirabad rayonunda 2016-cı illə müqayisədə 2025-ci ildə pambıq əkin sahələri 2 dəfəyə yaxın, məhsul istehsalı 5 dəfə, hər hektardan məhsuldarlıq isə 3 dəfə artıb. Belə ki, 2016-cı ildə əkin sahələri 6 113 hektar, məhsul istehsalı 7 713 ton, hər hektardan məhsuldarlıq 12,06 sentner olmuşdusa, 2025-ci ildə 11 086 hektarda pambıq əkilib, 37 505,5 ton pambıq toplanaraq emal müəssisələrinə təhvil verilib, məhsuldarlıq isə hər hektardan 33,8 sentner olub. 2025-ci ildə fermerlərin pul gəliri 37 milyon manatdan çox olmuş, onlara dövlət 7,2 milyon manat subsidiya verib. 2025-ci ildə pambıq yığımı 3597 ton çox olub, hər hektardan məhsuldarlıq isə 8,2 sentner artıb".
Onun sözlərinə görə, 2025-ci ildə bir neçə fermer pambıq əkinindən hər hektardan 60 sentnerdən yuxarı məhsul tədarük edib: "Pambıq əkinlərinin artması hesabına rayonda fəaliyyət göstərən illik 32 min ton emal gücü olan 2 pambıq zavodunda və 54 min ton gücü olan 6 pambıq qəbulu məntəqəsində hazırda daimi 413 nəfər, mövsümü isə 519 nəfər işçi çalışır. 2025-ci ildə oktyabrın 28-də Prezidentin rayona səfəri zamanı Sabirabad Sənaye Məhəlləsində açılışı olan müəssisələrdən biri də illik 20 min ton emal, 10 min ton pambıq qəbulu gücü olan zavod olub. Cari ildə 1550 mülkiyyətçi ilə 7 pambıq şirkəti müqavilə bağlayıb, 11 024 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilir. İşlərin gedişi onu deməyə əsas verir ki, cari ildə rayonda həm pambıq tədarükü və həm də məhsuldarlıq artacaq".
"Ölkə Prezidenti pambığın hər hektarından məhsuldarlığın 50 sentnerə çatdırılmasını bir vəzifə olaraq qarşımıza qoyub. Hesab edirəm ki, ötən illərin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək nəticəsində qarşımıza qoyulan hədəflərə nail olunacaq", - deyə S.Cabbarov vurğulayıb/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə kütləvi dava - “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, qalanları axtarılır - VİDEO (YENİLƏNİB)
Bugün, 11:36 KRİMİNAL
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
Bugün, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
Bugün, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
Bugün, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
Bugün, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
Bugün, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
23.10.2026, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
23.10.2026, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
23.10.2026, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
23.10.2026, 17:30 GÜNDƏM
-
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
23.10.2026, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
23.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.10.2026, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
23.10.2026, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
23.10.2026, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
23.10.2026, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
23.10.2026, 15:56 SİYASƏT