Səməd Seyidovdan AŞPA-nın qətnaməsinə reaksiya: "Məqsəd regionda yenidən gərginlik yaratmaqdır"
SİYASƏT
25.06.2026, 11:14
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsi qərəzli və birtərəflidir, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur".
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib ki, AŞPA-da anti-Azərbaycan yalanları və böhtanları ilə dolu növbəti bir sənəd qəbul olunub: “Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Əslində, bu qətnamənin qəbul olunması zamanı Ukrayna nümayəndə heyətinin üzvünün çıxışı hər şeyi öz yerinə qoydu. Çıxışda qeyd edildi ki, açıq şəkildə demək lazımdır ki, əgər insan hüquqlarından danışırsınızsa, insan hüquqları ilə bağlı problemlər bütün ölkələrdə mövcuddur və bundan siyasi arqument kimi istifadə etmək qətiyyən düzgün deyil. Ən böyük təəssüf doğuran məqam isə ondan ibarətdir ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülh yaradır, siz isə bu sülhü pozmaq niyyətindəsiniz. Siz bu proseslərə müdaxilə edərək onları pozmağa çalışırsınız”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri qeyd edib ki, yenidən qarşıdurma, yenidən müharibə, yenidən Cənubi Qafqazda gərgin və təhlükəli vəziyyət yaratmaq, daha sonra isə bu vəziyyətdən istifadə edərək bölgədə ağalıq etmək, göstəriş vermək və guya müəllim kimi dərs keçmək niyyəti daşıyırlar: “Onlar heç vaxt bu regiona səmimi yanaşmayıblar və indi də öz niyyətlərindən əl çəkmirlər. Ancaq başa düşməlidirlər ki, zaman dəyişib, Azərbaycan dəyişib, region dəyişib və Avropanın özü də dəyişib. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar. Ona görə də bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur. Çünki biz çoxdan bu təşkilata münasibətimizi bildirmişik və fəaliyyətimizi orada dayandırmışıq.Təəssüf doğuran haldır ki, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa İnsan Hüquqları Məhkəməsi öz nüfuzlarını və təsir imkanlarını itirdikləri üçün çıxış yolu tapa bilmirlər. Məhz buna görə də anti-Azərbaycan, azərbaycanofob, türkofob və islamofob məzmunlu qətnamələr qəbul edirlər, - deyə Səməd Seyidov bildirib.
Səməd Seyidov bu qətnamənin Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan müəyyən dairələrin maraqlarına xidmət etdiyini vurğulayıb: "Belə şəxslərdən biri də Frank Şvabedir. Biz almaniyalı deputatın mövqeyini də, niyyətini də yaxşı bilirik. Bu, artıq heç kim üçün sirr deyil. O, Azərbaycanın uğurlarına və tərəqqisinə heç vaxt sevinməyib, daim əks mövqe sərgiləyib. Bu gün də öz təsir imkanlarından istifadə edərək həmin təşkilatı müəyyən mənada nəzarətdə saxlamağa çalışır. Təəssüf ki, təşkilatın özündə də bu cür yanaşmalara qarşı çıxacaq kifayət qədər iradə və cəsarət görünmür. Ona görə də bu təşkilatın həm əhəmiyyəti, həm təsiri, həm də nüfuzu demək olar ki, artıq ciddi şəkildə zəifləyib."
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
Bugün, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
Bugün, 19:00 DÜNYA
-
Zelenskinin Aİ-dən 70 milyard avro istəyir
Bugün, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
Bugün, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
Bugün, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
Bugün, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Bugün, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Bugün, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
Bugün, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
Bugün, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
Bugün, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
Bugün, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
Bugün, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
Bugün, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS