Ölüm gerçək həyat, həyatsa yalançı ölümdü... - “Səmimi söhbət”in qonağı Qulu Ağsəslə MÜSAHİBƏ
MƏDƏNİYYƏT
24.06.2026, 20:36
“Səmimi söhbət”in qonağı tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir.
İnsan bəzən öz tərcümeyi-halından da yorulur. Nə qədər məlum yerdə, bəlli ildə doğulmaq olar?! Bəzən soruşanlara təvəllüdümü səhv deyirəm, hərdən də yerimi, yurdumu. Ayrı ad söylədiyim də olub. Eyniyyət, təkrarçılıq bu qədər bezdirir məni. Elə bunu ikinci dəfə yazdığıma görə... pozuram!
Qulu Ağsəs.
Nə yaxşı ki, pozulmazdan əvvəl bu kreativ tərcümeyi-halı oxumaq bizə də nəsib oldu...
Yaxın oturun maraqlı söhbətimiz başlayır!
– Salam, Qulu müəllim. “Səmimi söhbət”ə xoş gəlmisiniz. Söhbətimizin ənənəvi ilk sualı var. Gəlin elə ondan başlayaq. Sizcə, Qulu Ağsəs kimdir?
– Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
Gözümü yumub, ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
özü bir yol oturmayan
yorğun ağacam...
– Deyirlər, orta məktəbdə oxuyanda o qədər də sakit şagird olmamısınız? Hətta hərdən dərsə mane də olmusunuz...
– Hə, arabir aləmi bir-birinə qatmağım vardı. Bir də ki, yerimdən danışardım. Müəllim lövhə qarşısında uşaqları sorğu-sual edəndə çalışardım ki, hamıdan qabaq cavab verim. Beləcə, dərsə mane olmuşam. Doğrudur. Amma məni “satanların” kim olduğunu da bilirəm. Yəqin siz onlarla kitab festivalında tanış olmusunuz (gülür).
– Bəli, haqqınızda bilmədiklərimi o gün təsadüfən sinif yoldaşınızdan öyrəndim. Ədəbiyyat müəlliminiz yadınızdadır?
– Orta məktəbdə oxuyanda Şöhrət Səlimbəyli Pedaqoji İnstitutu bitirib bizim kəndə dərs deməyə gəlmişdi. Mən o vaxt artıq rayon şeir dərnəyində iştirak edirdim. Şöhrət müəllim onda mənə Müşfiqin, Cavidin, Əhməd Cavadın kim olduğunu öyrətmişdi. O cümlədən, Yeseninin və Çexovun.
– Etiraf edim ki, mən sizi Ağdama həsr etdiyiniz şeirlə tanımışam.
Şükür külünə,
Şükür qayıdış gününə! – deyəndə hansı hissləri keçirmisiniz?
– Qürur, kədər və şükranlıq hissləri...
– Şeirlərinizdə çox vaxt qeyri-adilik oxucunu təəccübləndirir.
Məsələn, deyirsiniz:
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm (atam)
məni öləndən sonra əkib...
Belə ifadələr sizi başqalarından fərqləndirir. Bu, kreativ düşüncə Tanrı payıdır, yoxsa uzunmüddətli mütaliənin nəticəsidir?
– Mənə də maraqlıdır. Ona görə ki... ona görə ki, cavabı özüm də bilmirəm.
– “Ulduz” jurnalının baş redaktorusunuz. Şair Qulu Ağsəsə bu iş mane olmur ki?
– Yaradıcı adama hər şey mane olur. Əslində, yazmaq maneələri dəf eləməkdir. Mənim üçün şeir nevrozdu. Ovqatımın adi vaxtında əlimə qələm almıram. Gərək bütün bədənim, varlığım məni yazmağa səsləyə və yalnız ondan sonra əlimə qələm götürüm. Belə deyək: neytral halda heç vaxt yazı masasının arxasına keçmirəm.
– Mənə elə gəlir, sizin neytral halınız çox az olur. Yazdıqlarınız buna sübutdur. Müasir ədəbiyyatımızda nələri görmək istəyər Qulu Ağsəs?
– Müasir ədəbiyyatda klassikanı və modernizmi görmək istəyərəm.
– Ulduzlar yanmır ha...
his eləyirlər, – deyirsiniz. Niyə?
– Buludlar yağış yox, toz ələyirlər,
Ulduzlar yanmır ha...
his eləyirlər...
Niyə? Yəqin ona görə ki:
...Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim,
nə kitablarım...
– Sizin belə bir ifadəniz var şeirinizdə: Görsən üşüyürsən... yandır özünü...
Sizcə, hər özünü yandıran isinə bilər?
– Məncə, hər kəs özünü yandıran isinə bilər. Mümkündü. Amma heç kəsə tövsiyə eləmirəm.
– Qismətə inanırsınız?
–Alın yazısına inanıram. Amma onu da bilirəm ki, insanın öz əlində də qələm var. O da nələrsə yaza bilər. Xüsusilə o, yaradıcı adamdırsa.
– Deyirsiniz:
İlk sevgi şeirim mənə dostluq yollayıb İnstaqramda,
şəklini də çəkmişəm,
telefonda durur,
görün nə yazır:
İkini ikiyə vurarlar,
amma bir bir(in)ə özü vurulur...
Nə demək istəyib ilk sevgi şeiriniz?
–İlk sevgi şeirim nə deyibsə, ikimizin arasında qalmayıb, bütün aləmə yayılıb. Mən də nə demək istəmişəmsə, onu qələmə almışam.
– Doğrudan gözünüz Tanrı taxtındadır? Özünüz demisiniz:
Gözüm Tanrı taxtındadı-
Onun da yeri boş deyil...
– Hərdən mənə elə gəlir ki, dünyaya gələndə əlimdə qələm, gözümdə eynək olub. Qələm aydın məsələdir, yazmaq üçündür, eynək bəzən görmək üçün olmasa da. Hərdən də deyirəm:
“Çox da salıb dünyanı eynəyim gözdən, nolar.
Ağız suyuyla bitir dodaqda söz də, nolar...”
Yox. Gözüm heç harda deyil.
– Qarabağ müharibəsində itkin düşən dostunuza həsr etdiyiniz şeirdə belə bir misra var:
Toyuna çağırmadın,
Vayına çağır gəlim.
Çox təsirli sözlərdir. Ölüm nədir, sizcə?
– Bu şeiri çox adam paylaşır və səsləndirir. Hamısına sağ ol deyirəm, amma mütləq başdan yazılmalıdır ki, Qarabağ müharibəsində itkin düşən dostum Xaliqə. Yoxsa o şeir anlaşılmır. Çünki orada deyirəm:
Mən sənə söz tapşırım,
Sən də öz adaşına...
Söhbət burada Xaliqdən, Yaradandan gedir.
Ölümə gəlincə... ölüm – gerçək həyat, həyatsa yalançı ölümdür.
– Xoşbəxtsiniz? Nədir xoşbəxtlik?
– Xoşbəxtlik ilğımdır. Sən ona həmişə uzaqda güman edirsən.
– İndi desəydim, bir mahnını zümzümə edin, ilk yada nə düşərdi? Musiqiyə münasibətiniz də maraqlı olmalıdır.
– Əgər mənə desəniz ki, bir mahnı zümzümə eləyim, mən ancaq bunu deyə bilərəm:
Əgər insanlar öz ürəklərinin səsinə qulaq assaydı,
o zaman musiqiyə ehtiyac olmazdı...
– Maraqlıdır, mən də yazmışam ki, ən gözəl səs ürəyin səsidir, yetər ki, eşidən olsun. Fikirlərimizin oxşarlığına sevindim. Qulu müəllim, mənə elə gəlir ki, siz həyatı özünüz seçdiyiniz rənglərdə görürsünüz. Sizcə, qövsi-qüzehdə niyə qara rəng yoxdu?
– Əslində, həyat cəmi bir rəngdən ibarətdir. Ağ rəngdən. Sadəcə, o ağ rəng bəzən kirlənir, qaralır, bəzən utanır, qızarır, bəzən həsrət çəkir, saralır, bəzən üşüyür, gömgöy göyərir. Bəzən göyə baxıb maviyə çalır.
– Ən çox sevdiyiniz şeirinizi istərdim sizdən.
– Ən az yadımda qalan şeir hansıdırsa, odur.
– Şeirlərinizin hamısı çox gözəldir. Bu mənim fikrimdir və əminəm ki, oxucuların çoxu mənimlə razılaşar. Əgər belə bir fürsət olsaydı, özünüz özünüzdən nə soruşardınız?
– Bu dünyada iki çətin söz var. Bunlardan biri “hə”, o biri “yox”du. Mən hansını nə vaxt demək lazım olduğunu hələ də bilmirəm. Özümdən soruşardım ki, niyə nə vaxt “hə”, nə vaxt “yox” deməyi bilmirəm...
– Bayaqdan mən sizə suallar verirəm. Bəlkə sizin də mənə sualınız var?
– Sizdən onu soruşacaqdım ki, sizin üçün səmimi söhbətin sərhədi harda başlayır və harda bitir?
– Səmimiyyətə sərhəd qoymazdım, məndən olsa. Təbii ki, hər iki tərəfin səviyyəsi, intellekti və şəxsi keyfiyyətləri nəzərə alınmaq şərti ilə.
Maraqlı insanlarla söhbətin sonsuzluğa qədər davam etməsini istərdim, məsələn. Qulu müəllim, dəvətimi qəbul edib mənimlə söhbət etdiyiniz üçün təşəkkür edirəm və sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Yazın, yaradın ki, oxucular əsl şeirlə qidalana bilsinlər...
Təranə Məmməd
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə kütləvi dava - “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, qalanları axtarılır - VİDEO (YENİLƏNİB)
Bugün, 11:36 KRİMİNAL
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
Bugün, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
Bugün, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
Bugün, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
Bugün, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
Bugün, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
23.10.2026, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
23.10.2026, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
23.10.2026, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
23.10.2026, 17:30 GÜNDƏM
-
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
23.10.2026, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
23.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.10.2026, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
23.10.2026, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
23.10.2026, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
23.10.2026, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
23.10.2026, 15:56 SİYASƏT