PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR)
GÜNDƏM
Bugün, 15:07
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib.
O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.
Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub. Hazırda əsas prioritet yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunması, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının gücləndirilməsidir.
Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.
Samir Nuriyev işğaldan azad edilmiş ərazilərin aqrar potensialının Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, istehsal və emal imkanlarının yaradılması, eləcə də kənd təsərrüfatı sahəsində dayanıqlı məşğulluğun təmin olunması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu baxımdan "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərin Böyük Qayıdış üzrə həyata keçirilən fəaliyyətlərlə əlaqələndirilməsi vacibdir.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
İclasda, həmçinin ekoloji dayanıqlılığın təmin edilməsi və su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub. Bildirilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası ilə yanaşı, su ehtiyatlarının müasir səviyyədə və qənaətli idarə olunması, müxtəlif sahələrin suya olan tələbatının balanslı şəkildə ödənilməsi və ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar istehsalın təşkili, əhalinin məşğulluğunun təmin edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və su ehtiyatlarının idarə olunması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.
İclasın yekununda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sertifikatlaşdırma imtahanı: 606 nəfər müəllim iştirak edib
Bugün, 16:03 CƏMİYYƏT
-
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR
Bugün, 16:00 CƏMİYYƏT
-
Vəkil Fərhad Mehdiyevin qızının öldüyü qəzanın görüntüsü yayıldı - ANBAAN VİDEO
Bugün, 15:52 KRİMİNAL
-
Prezident bir qrup səhiyyə işçisini təltif etdi - SİYAHI
Bugün, 15:47 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
Bugün, 15:41 GÜNDƏM
-
Sabiq Baş nazir: “Başqa bir yeni partiya yaranacaq"
Bugün, 15:31 SİYASƏT
-
"Qarabağ" klubu Kevin Medina ilə vidalaşdı
Bugün, 15:19 İDMAN
-
İlham Əliyev onu təltif etdi - Sərəncam
Bugün, 15:11 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR)
Bugün, 15:07 GÜNDƏM
-
Tramp Misir prezidenti ilə bir arada: “İranla çox əla razılaşma əldə etdik, bəyənməsəm…”
Bugün, 15:03 GÜNDƏM
-
Daha bir vəkil Kollegiyadan çıxarıldı
Bugün, 14:14 CƏMİYYƏT
-
Magistraturaya qəbulun nəticələri elan olunub
Bugün, 14:09 GÜNDƏM
-
“Qalatasaray” almaq istədi, Mourinyo əngəl oldu
Bugün, 13:59 İDMAN
-
Bakıda küçədə qadın kişini döydü - İkisi də saxlanıldı - VİDEO
Bugün, 13:49 KRİMİNAL
-
Mikayıl Cabbarovun sabiq müşaviri yenə müşavir oldu
Bugün, 13:49 GÜNDƏM
-
Özgür Özəl Kılıçdaroğlunu “dalan”a dirədi – Qurultay üçün hüquqi addım atıldı (YENİLƏNİB)
Bugün, 13:36 SİYASƏT
-
Kəmaləddin Heydərov onu Sahil Babayevin yoxlamasından qoruyur? - 20 illik fəaliyyəti araşdırılan xidmət rəisinə yeni vəzifə verildi
Bugün, 13:22 CƏMİYYƏT
-
Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib
Bugün, 13:08 MƏDƏNİYYƏT
-
Aqil Abbas: "Məni istəməyənlər yenə ara qarışdırmaq üçün belə bir şey paylaşıblar"
Bugün, 12:58 SİYASƏT
-
"İdrak" liseyinin güllələyən şagird... - Həbsdə qaldı
Bugün, 12:58 KRİMİNAL
-
MEDİA rəhbəri İsƏT Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüşüb
Bugün, 12:38 PRESS
-
İsrail ordusu Livanı yenə bombalayıb
Bugün, 12:29 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:23 CƏMİYYƏT
-
Türkiyə mətbuatı azərbaycanlı jurnalistdən yazdı - FOTO
Bugün, 12:16 PRESS
-
"Bəlkə də çağırsaydım, gəlməyəcəkdilər"
Bugün, 12:08 ŞOU-BİZNES
-
"Psixiatriya yardımı haqqında" qanun dəyişir
Bugün, 12:03 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 11:51 GÜNDƏM
-
Türkiyədə vəkil bürosunun sədri və 12 vəkil qandallandı – Şok səbəblə…
Bugün, 11:30 KRİMİNAL
-
CHP-li bələdiyyə üzvləri saxlanıldı - Deputatın adı da hallanır
Bugün, 11:20 SİYASƏT
-
Uğurcan Çakır: "Qazanılacaq 6 xal var”
Bugün, 11:07 İDMAN
-
Ağdərədə qəza olub, 3 nəfər xəsarət alıb
Bugün, 11:02 KRİMİNAL
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi (Yenilənib)
Bugün, 10:56 İDMAN
-
ADSEA-da vəzifə uğrunda "mübarizə" böyüyür
Bugün, 10:49 CƏMİYYƏT
-
Xəzərdən 100 kubmetr suya görə 0,4 manat, çay və göllərdən 4 manat, yeraltı sulardan 40 manat.. - Supulları ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Bugün, 10:36 CƏMİYYƏT