Türkiyə mətbuatı azərbaycanlı jurnalistdən yazdı - FOTO
PRESS
17.06.2026, 12:16
Türkiyənin yozgatcamlik.com saytı Azərbaycanın tanınmış jurnalisti Seymur Verdizadə haqda geniş məqalə dərc edib.
Mia.az mətbuat.az-a istinadla xəbər verir ki, məqalədə Seymur Verdizadənin bir neçə gün əvvəl yozqatcamlik.com saytında yayınlanan məqaləsinin oxucular tərəfindən maraqla qarşılandığı vurğulanır.
Maraqlı olacagını nəzərə alıb türkiyəli jurnalistin həmkarımız haqdakı yazısını Azərbaycan dilində təqdim edirik:
“Yozgat Çamlık" qəzeti və www.yozgatcamlik.com ailəsinə qoşulan azərbaycanlı jurnalist Seymur Verdizadə ilk köşə yazısı ilə yozqatlıların qəlbində taxt qurub. Azərbaycan Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri olan Verdizadə qələmə aldığı “Biz Azərbaycan deyəndə, yozqatlılar Can Azərbaycan deyir” başlıqlı məqaləsində “iki dövlət, tək millət” anlayışının ən gözəl nümunələrindən birindən bəhs edib.
Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarını Yozqat üzərindən dəyərləndirən Verdizadə oğlu Şahinin Yozqat Bozok Universitetində təhsil aldığı illərdən yola çıxaraq, Yozqat insanına olan sevgisini və heyranlığını sətirlərə köçürüb.
“Biz Azərbaycan dedik, onlar “Can Azərbaycan” deyə cavab verdilər”
Yazısında uşaqlıq illərinin keçdiyi Qarabağ ilə Yozqat arasında diqqətçəkən bənzərliklər quran Verdizadə, Yozqat insanının səmimiyyətinin və qonaqpərvərliyinin ona dərindən təsir etdiyini vurğulayıb:
"Qarabağda olduğu kimi, Anadoluda da insanlar çörəyini alın təri ilə qazanır. Qarabağ kimi Yozqat da sərt və soyuq iqlimi ilə tanınır. Hava soyuq idi, amma yozqatlıların qəlbi isti idi. Küçədə, bazarda, marketdə, çayxanada qarşılaşdığımız hər bir insandan sevgi, diqqət və səmimiyyət gördük. Biz Azərbaycan dedik, onlar “Can Azərbaycan” deyə cavab verdilər".
Yozqat sevgisi Bakıya daşındı
Oğlu Şahinin Yozqat Bozok Universitetində təhsil aldığı illərdən sonra Yozqata olan marağının daha da artdığını bildirən Verdizadə, bu gün də Yozqatın hava durumunu izlədiyini qeyd edib.
Yozqatın təbii və tarixi gözəlliklərinin artıq evlərində tez-tez müzakirə olunduğunu dilə gətirən Verdizadə Çamlık Milli Parkı, Yozqat Saat Qülləsi, Çapanoğlu Məscidi, Kazankaya Kanyonu, Kadıpınarı Təbiət Parkı, Oluközü Təbiət Parkı və Davulbaztepe Təbiət Parkının ailə üzvləri tərəfindən yaxından tanındığını ifadə edib.
“Yozqat mərdliyin və səmimiyyətin ünvanıdır”
Yozqatlıların Azərbaycan türklərinə qarşı göstərdiyi sevginin illər keçdikcə azalmadığını, əksinə daha da gücləndiyini vurğulayan Verdizadə Yozqat haqqında diqqətçəkən ifadələr işlədib.
Tanınmış jurnalist “Bir yazar olaraq Yozqat mənim üçün mərdliyin, dürüstlüyün, sevginin və səmimiyyətin ünvanıdır. Bunun hər zaman belə qalacağına inanıram” sözləri ilə Yozqata olan sevgisini ifadə edib.
“İki dövlət, tək millət” ruhunun sətirlərə yansıması
Seymur Verdizadənin ilk yazısı sadəcə bir köşə yazısı deyil, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın və könül bağının güclü bir təzahürüdür.
“Yozgat Çamlık” qəzetində yazmağa başlayan Verdizadənin qələmə aldığı duyğu dolu sətirlər yozqatlı oxucular tərəfindən də böyük maraqla qarşılanıb.
Azərbaycandan Yozqata uzanan bu könül körpüsü, iki qardaş ölkə arasındakı “İki dövlət, tək millət” anlayışının təkcə siyasətdə deyil, insanların qəlbində də yaşadığını növbəti dəfə sübut edib.
Yazısının sonunda yozqadlılara səslənən Seymur Verdizadə, “Azərbaycandan, Bakıdan yozqatlı qardaşlarımı ən səmimi duyğularımla salamlayıram. Ocağınız həmişə yansın, evləriniz bərəkətlə dolsun, qapılarınız dostların üzünə hər zaman açıq olsun” ifadələri ilə Yozqata öz sevgisini göndərib.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şair Ayaz Vəfalı vəfat edib
Bugün, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
Bugün, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
Bugün, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
Bugün, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
10.10.2026, 16:07 GÜNDƏM
-
Çeçenistanın başçısı Bakıda İlham Əliyevin qəbulunda: "Bu, bizim ortaq kədərimizdir" - "Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək" (FOTOLAR)
10.10.2026, 15:45 GÜNDƏM
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
10.10.2026, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
10.10.2026, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
10.10.2026, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
10.10.2026, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
10.10.2026, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
10.10.2026, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
10.10.2026, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
10.10.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
10.10.2026, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
10.10.2026, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10.10.2026, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL