Tramp Misir prezidenti ilə bir arada: “İranla çox əla razılaşma əldə etdik, bəyənməsəm…”

Tramp Misir prezidenti ilə bir arada: “İranla çox əla razılaşma əldə etdik, bəyənməsəm…”  

GÜNDƏM

Bugün, 15:03

ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuata açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, jurnalistlərin suallarına cavabda İranla yeni anlaşmadan söz açıb.

Tramp iddia edib ki, İranla çox əla  razılaşma əldə ediblər: “Düzdür, hələlik bu, anlaşma memorandumudur, bəyənməsəm, onları bombalamağa davam edəcəm. Əsas odur ki, bu razılaşma sayəsində İran nüvə silahına sahib olmayacaq. Üstəlik, əgər bu razılaşma əldə edilməsəydi, Hörmüz boğazı açılmazdı. Nəticə etibarı ilə indi neft qiymətləri böhrandan əvvəlki səviyyəyə geri dönüb, fond bazarı sakitləşib. Əslində, bu prosesin Klinton, Obama, Bayden və Buş administrasiyaları dövründə tamamlanmalı idi. Lakin onlar bacarmadı, 47 ildir gözlənilən addımları atmadılar. Mən isə İranın donanmasını və ordusunu məhv elədim”.

Tramp anlaşma şərti olaraq, İrana 300 milyard dollarlıq investisiya qoyulacağı barədə suala isə belə cavab verib: "İstəsəniz investisiya qoya bilərsiniz. Bizə dəxli yoxdur. Biz 10 sent belə vermirik, eyni zamanda da, heç kimə İrana investisiya qoymayın demirik".

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR