Sabiq Baş nazir: “Başqa bir yeni partiya yaranacaq"

Sabiq Baş nazir: “Başqa bir yeni partiya yaranacaq\"

SİYASƏT

Bugün, 15:31

Məhkəmə qərarı ilə CHP sədrliyinə dönən Kamal Kılıçdaroğlunu sədaqətsizlikdə günahlandıran Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu yeni açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Davudoğlu bu dəfə Kılıçdaroğlunu dolayısı ilə müdafiə edib.

O bildirib ki, Kılıçdaroğlu bələdiyyələrin korrupsiyaya uğraması, bəzi partiya üzvlərinin isə rüşvətə bulaşması haqda iddiaları həqiqətdir: “CHP bələdiyyələri də daxil olmaqla, demək olar ki, ölkədəki bütün bələdiyyələr korrupsiyaya bulaşıb. Onlar bundan təmizlənmədikcə, ana müxalifət partiyası təmiz siyasət apardığını iddia edə bilməz"

Davudoğlu daha sonra CHP-nin parçalandığını iddia edib: “Əsas müxalifət partiyası CHP-yə baxın. Onlar faktiki olaraq iki yerə bölünüblər. Başqa bir yeni partiya yaranacaq".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR