CHP-li bələdiyyə üzvləri saxlanıldı - Deputatın adı da hallanır

CHP-li bələdiyyə üzvləri saxlanıldı - Deputatın adı da hallanır  

SİYASƏT

Bugün, 11:20

Türkiydə CHP-li bələdiyyəyə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün sübh tezdən  İzmir Baş Prokurorluğu tərəfindən Seferihisar Bələdiyyəsinə qarşı korrupsiya və rüşvət ittihamları ilə açılmış cinayət işi çərçivəsində Bələdiyyə sədrinin müavini İbrahim Gökhan Pehlivan və CHP Malatya millət vəkili Vəli Ağbabanın müşaviri olduğu deyilən Özlem Akyılmaz da daxil olmaqla altı nəfər saxlanılıb.

İstintaq iddia edir ki, şəhərsalma və tikinti əməliyyatları müqabilində 6 milyon türk lirəsi rüşvət alınıb.

İddiaya əsasən, CHP-nin Malatyadan deputatı Vəli Ağbabanın adı da bu cinayət işində hallanır.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR