Publik hüquqi şəxsin QSC-yə çevrilmə prosesi yekunlaşır - Qurumdan iddialara cavab verildi

Publik hüquqi şəxsin QSC-yə çevrilmə prosesi yekunlaşır - Qurumdan iddialara cavab verildi

CƏMİYYƏT

17.06.2026, 10:49

ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ( İŞBSTX ) pərdəarxası mübarizə davam edir.

Mia.az xəbər verir ki, İŞBSTX-nin "Tenderlər kralı" sayılan Tikinti idarəsinin rəisi Orxan İmanlıya Xidmətin rəisi əvəzi Tahir Xəlilovun yeri söz verilib.

Məlumata görə,  Prezident fərmanı ilə İŞBSTX -nin QSC-yə çevrilməsi istiqamətindəki hüquqi işlər artıq tamamlanmaq üzrədir: "Yəqin ki, yaxın vaxtlarda QSC ilə bağlı hüquqi işlər  tamamlanacaq. Bu isə sədr təyinatını daha da aktuallaşdırır. Vaxt daraldıqca isə buradakı qruplaşmalar arasında sədr postu uğrunda mübarizə daha da gərgin xarakter almağa başlayıb.

İş o yerə çatıb ki, Bakı şəhərində yerləşən restoranlardan birində kəskin mübahisə yaranıb, hətta orada əlbəyaxa dava xəbəri ADSEA və İŞBSTX -nin vəzifəli şəxsləri arasında indinin özündə də müzakirə olunur...".

Məlumata görə, restorandakı gərginlikdən sonra  İŞBSTX-nin hazırkı rəhbəri Tahir Xəlilov ADSEA rəhbərliyinə məruzə edib, lakin onunla aparılan söhbətdə "sakit ol, böyütmə" məsləhəti "ağırlıq" təşkil edib".

Məlumatda deyilir ki, ADSEA və onun tabeliyindəki publik hüquqi şəxslərin yenidən təşkili xüsusən aparat rəhbəri Fuad Quliyevin vəzifəli şəxslər üzərindəki təsirini gücləndirib: "Yeni qurumlarda vəzifələrini qorumaq və ya da yüksək vəzifə almaq istəyənlər özlərini  sədr Zaur Mikayılovun qudası olan aparat rəhbəri Fuad Quliyevin "göz"ündə böyütməyə çalışırlar. Sanki yarış gedir..."

Bu və ya digər məqamlarla yanaşı restorandakı dava iddiası ilə bağlı Mia.az-ın əməkdaşı İŞBSTX-in Mətbuat xidmətinə sorğu verib. Sorğuya verilən cavabda bildirilib ki, ADSEA-da vəzifəli şəxslər arasında gərginlik və ya restoranda dava olmayıb.

Mövzuyla bağlı araşdırmalarımız gedir.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR