Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi (Yenilənib)

Avropa Liqası: \"Qarabağ\"ın  rəqibi bilindi (Yenilənib)

İDMAN

17.06.2026, 10:56

"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

Bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

***

UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində oynayacaq  "Qarabağ"ın  rəqibi müəyyənləşib.

Mia.az xəbər verir ki, komandamız İslandiyanın "Vestri" komandası ilə gücünü sınayacaq.

İlk oyun iyulun 9-da, cavab matçı isə 16- da olacaq.

Fərid 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR