Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)

Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 15:41

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

Mia.az xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər.

Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.

***

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının növbəti iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar.

Mia.az xəbər verir ki, onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində növbəti iclası keçirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR