ABŞ-la İRAN ANLAŞDI: Tramp və Şərif açıqladı, İsrail etiraz edir - İran mediası tarixi razılaşma mətninin gizlinlərini yaydı (Yenilənib)

ABŞ-la İRAN ANLAŞDI: Tramp və Şərif açıqladı, İsrail etiraz edir - İran mediası tarixi razılaşma mətninin gizlinlərini yaydı (Yenilənib)

GÜNDƏM

15.06.2026, 20:21

Bu gün ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-İran arasındakı tarixi memorandumu elektron formatda imzalayıblar.

Mia.az xəbər verir ki, sənəd bir neçə günə hər iki tərəf əyani də imzalayacaq.

***

ABŞ İranla razılaşdı.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.

O bildirib ki, anlaşma imzalandı, hər kəsi təbrik edir: "Hörmüz açıldı, biz də dəniz blokadasınə dərhal aradan qaldırdıq. Busaziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək. Bir çox prezident İranla sülh bağlamağa çalışıb və məndən əvvəl hamısı uğursuz olub. Region Liderləri ilk dəfə olaraq əsl Sülhə nail olmağa kömək edə biləcək bir Prezident (özünü nəzərdə tutur-Mia.az) tapıblar".

Tramp daha sonra deyib ki, İsrail də ABŞ və ona minnətdar olmalıdır: "Biz olmsaydıq, İran nüvə slahına sahib lacaqdı və İsrailin var oluşu təhlükə altına düşəcəkdir".

AVROPA VƏ İSRAİL ANLAŞMAYA ETİRAZ EDİR

Avropanın bəzi öklkələri və İsrail isə ABŞ-la İran arasındakı təktərəfli anlaşmaya etiraz edirlər. Onlar hər iki tərəfin öz maraqlarını təmin edərək, qalanların maraqlarının gözardı edildiyini iddia edirlər.

Ancaq Avropa İttifaqı rəsmiləri anlaşmanı müsbət dəyərləndiriblər.

İsrail isə anlaşmaya sərt etiraz edir.

Məsələn, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir  bildirib ki, ABŞ onlarıns trateji müttəfiqi olsa da, bu saziş onları "bağlamır": "İsrailin təhlükəsizliyi hər şeydən vacibdir. Biz bir adım da geri çəkilməyəcəyik. İran isə hər hansı bir tədbirə cəhd edərsə, dərhal vurulacaq. İsrailin təhlükəsizliyi təmin etməyənə qədər bu razılaşmanın tərəfi olmayacağıq"

İsrailin müdafiə naziri də Livan, Qəzza və suriyada qalacaqlarını bəyan edib: "Bu  ərazilərdən geri çəkilməyəcəyik".

ŞƏRİF NƏ DEYİR?

Pakistanın baş naziri Şahbaz Şərif də anlaşma haqqına danışıb. O, Türkiyənin prosesdəki mövqeyinə diqqət çəkib və Ankaraya minnətdarlıq edib.

ANLAŞMA MƏTNİ MEDİAYA SIZDI

İranın Mehr Xəbər Agentliyi tərəfindən dərc edilən anlaşma mətninə əsasən, ABŞ və İran arasındakı razılaşma dondurulmuş 24 milyard dollarlıq aktivlərin dərhal blokdan çıxarılması, Hörmüz boğazının dəhal açılması , neft sanksiyalarının ləğvi və İranın 300 milyard dollarlıq bərpasına dəstək planının hazırlanması, Livan daxil olmaqla bütün cəbhələrdə savaşın dayanması və tərəflərin əvvəlki mövqelərinə geri çəkilməsi razılaşmada yer alıb.

Bundan başqa, İranın raket proqramı, ümumiyyətlə, müzakirə mövzusu deyil: "Nüvə anlaşması isə 60 gün ərzində əlavə danışıqlarla ABŞ-ın maraqlarına uyğun həllini tapacaq".

Xəbərdə o da deyilir ki, bu 14 maddəlik anlaşma BMT TŞ-də təsdiqlənəcək.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR