Baş nazir Əli Əsədov qərar imzalayıb
CƏMİYYƏT
Bugün, 16:44
Nazirlər Kabineti "Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları"nı təsdiq edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, infrastrukturun saxlanmasını və ondan istifadənin idarə olunmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi həyata keçirir.
Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır. İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər. İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.
İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir. Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış "Azərbaycan Dəmir Yolları" QSC ilə razılaşdırılır. İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər (bundan sonra – infrastrukturdan istifadə edən subyektlər) arasında bağlanılan müqavilə əsasında göstərilir.
İnfrastrukturdan istifadə edən subyektlər infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli, ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli, infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli, infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir. İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“BakıKart” kartlarının satış qiyməti qalxır
Bugün, 18:19 GÜNDƏM
-
Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi
Bugün, 18:01 KRİMİNAL
-
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
Bugün, 17:59 GÜNDƏM
-
Polis əməliyyatı: bir qadın və kişi 72 kq narkotiklə saxlanıldı
Bugün, 17:32 KRİMİNAL
-
“BakuBus” dövriyyəsinin 40%-ə yaxınını büdcədən alır və bir avtobus aya 36 min manat yığırsa..." - Partiya sədri hesabat istəyir
Bugün, 17:18 İQTİSADİYYAT
-
Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İsrail Livanı yenə vurdu – Yaralılar var
Bugün, 16:49 DÜNYA
-
Baş nazir Əli Əsədov qərar imzalayıb
Bugün, 16:44 CƏMİYYƏT
-
Bu kollecə direktor təyin edilib
Bugün, 16:31 CƏMİYYƏT
-
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik olunub
Bugün, 16:30 CƏMİYYƏT
-
"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırb
Bugün, 16:16 İDMAN
-
Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
Bugün, 16:07 GÜNDƏM
-
"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Bugün, 16:00 İQTİSADİYYAT
-
DEPUTATLAR TOPLANIR: 10 məsələ müzakirə olunacaq - SİYAHI
Bugün, 15:45 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu Özgür və tərəfdarlarına "barmaq silkələyib": "Kirlənənlərin hamısını kəsib atacam" - VİDEO
Bugün, 15:34 SİYASƏT
-
Türkan Şorayın qızı “narkoman” olmadığını deyir: “Lazım gəlsə…” – FOTO
Bugün, 15:33 ŞOU-BİZNES
-
Hikmət Hacıyev bu məlumatı paylaşdı
Bugün, 15:24 SİYASƏT
-
AAYDA-da yoxlama genişlənib
Bugün, 15:14 GÜNDƏM
-
Dünya Millətlər Kuboku: 13 boksçumuz qatılacaq
Bugün, 15:06 İDMAN
-
“Qalatasaray” "Yuventus"un hücumçusunu istəyir - İllik 10 milyon maaş + 5 milyon avro bonus
Bugün, 15:01 İDMAN
-
Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
Bugün, 14:58 İDMAN
-
Haqqın.az saytına yeni rəhbər təyin edilib - O, kimdir? (AÇIQLAMA)
Bugün, 14:25 PRESS
-
Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və...
Bugün, 14:25 CƏMİYYƏT
-
Mansur Yavaş mövqeyni yenilədi - Özgür Özəllə Manisaya gedir
Bugün, 14:08 DÜNYA
-
İcra başçısına sui-qəsd işi üzrə məhkəmə... - Şikayət rədd olundu
Bugün, 13:49 KRİMİNAL
-
Sahil Babayevdən neftin qiyməti ilə bağlı mühüm - AÇIQLAMA
Bugün, 13:29 İQTİSADİYYAT
-
Belçika Müdafiə naziri Fransa və Almaniya liderlərini ələ saldı: “Avropa Ordusu ideyası acı sonluqla bitdi”
Bugün, 13:19 GÜNDƏM
-
“Qalatasaray”ın hücumçusu sevgilisinin çılpaq şəkilini paylaşdı – FOTOLAR
Bugün, 13:10 ŞOU-BİZNES
-
Təkzib
Bugün, 13:08 İDMAN
-
Kamal Kılıçdaroğlu rəsmən geri addım atdı, şok iddia səsləndirdi: "Biz bu oyunu pozacağıq!"
Bugün, 12:55 GÜNDƏM
-
“Kəskin sirkə öz qabını çatladar” – MHP lideri yenə Özgür Özələ “ilişdi”
Bugün, 12:49 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:40 CƏMİYYƏT
-
Deputat: "Kompensasiya mənbəyi araşdırılmalıdır"
Bugün, 12:29 İQTİSADİYYAT