Türkiyədə daha 10 məşhur "narkoman" çıxdı - Narkotestin cavabı açıqlandı

Türkiyədə daha 10 məşhur \"narkoman\" çıxdı - Narkotestin cavabı açıqlandı

MƏDƏNİYYƏT

Bugün, 20:42

İstanbulun Bakırköy Prokurorluğunun açdığı cinayət işi üzrə  daha 10 məşhur şəxsin qan və saç nümunələrindən götürülmüş narkotestin cavabları bu gün bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan Mabel Matiz, Volkan Bahçekapılı, Aslıhan Turanlı, Yağmur Ünal və Semiha Bezek də daxil olmaqla, hamsının narkotik testi müsbət çıxıb.

Hətta bəzilərinin saç və sidik nümunələrində kokain aşkarlanıb: “Məsələn, Yağmur Ünal, Mabel Matiz və daha bir neçə nəfərin saç və qan nümunələrində kokain aşkar edilib. İstintaq çərçivəsində həbs edilən “məşhurların həkimi" Mehmet Rahşanın da narkoman olduğu aydınlaşıb. Prokurorluq bu cavablardan sonra şübhəlilərin, o cümlədən Mabel Matiz, Volkan Bahçekapılı, Aslıhan Turanlı və Yağmur Ünal kimi tanınan məşhurlarla bağlı istintaqı yeniləyəcək”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR