"Azərbaycan Mədəniyyəti – 2040": İşçi qrupunun ilk iclası keçirilib - FOTOLAR
MƏDƏNİYYƏT
23.07.2026, 11:21
"Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İşçi qrupunun rəhbəri, mədəniyyət naziri Adil Kərimli "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxışında Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması və mədəniyyət sahəsinin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Konsepsiyanın icrası prosesində əsas icraçı qurumların üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.
Daha sonra Konsepsiyanın icrası ilə bağlı nazirlikdaxili İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova Konsepsiyanın icrası çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Nazir müavini Tədbirlər Planında nəzərdə tutulan 84 genişmiqyaslı tədbirin icrasının əlaqələndirilməsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını, monitorinq və hesabatlılıq sisteminin formalaşdırıldığını bildirib.
Nazirlikdaxili İşçi qrupunun rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov Nazirlər Kabinetinin müvafiq Sərəncamına dair təqdimatla çıxış edərək, sənəddən irəli gələn vəzifələr, müəyyən edilmiş icra müddətləri və aidiyyəti qurumlar arasında əlaqələndirmə mexanizmləri barədə məlumat verib.
Ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“By Ella” ləqəbli bloqer həbs edildi
Bugün, 09:41 PRESS
-
Azərbaycan neftinin qiyməti 94 dolları ötdü
Bugün, 09:41 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR
Bugün, 09:32 SİYASƏT
-
İspaniyada üç ardıcıl zəlzələ qorxu yaradıb
Bugün, 09:10 DÜNYA
-
"UltrAslan" azarkeş qrupunun lideri narkoman çıxdı - Testin nəticəsi bəlll oldu
Bugün, 09:01 İDMAN
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM
-
AAYDA sədri özünə daha bir müşavir götürüb - Agentlikdə şöbə müdirinin müavini imiş...
18.08.2026, 19:52 CƏMİYYƏT
-
Müəllimlərin işə qəbulu müsabiqəsi: vakansiya seçiminin nəticələri açıqlandı
18.08.2026, 18:53 GÜNDƏM
-
"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub
18.08.2026, 18:25 İDMAN
-
AYDA-da daha bir təyinat olub
18.08.2026, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
18.08.2026, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
18.08.2026, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
18.08.2026, 17:35 SİYASƏT
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
18.08.2026, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
18.08.2026, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
18.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.08.2026, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
18.08.2026, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
18.08.2026, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
18.08.2026, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18.08.2026, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
18.08.2026, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
18.08.2026, 15:21 GÜNDƏM