Paşinyandan qələbə açıqlaması: "Xalq sülhə sahib çıxdı" - "Onlar Ermənistandan silinməlidir"

Paşinyandan qələbə açıqlaması: \"Xalq sülhə sahib çıxdı\" - \"Onlar Ermənistandan silinməlidir\"

SİYASƏT

Bugün, 13:59

Dünınki parlamentt seçkisinin nəticəsinə əsasən qalib gələn Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

Mia.az xəbər verir ki, o, xalqın öz səsləri ilə dövlətin, müstəqilliyin, gələcəyin və sülhün tərəfdarı olduğunu bildirib və əlavə edib ki, müharibə tərəfdarları olan qüvvələr ağır şəkildə məğlubiyyətə uğrayıblar.

" Armenpress"in məlumatına görə, seçkilərin nəticələri münasibətilə Ermənistan xalqını təbrik edən Paşinyan deyib ki, xalq bununla sülhə sahiblənib: "Xalq açıq şəkildə iradəsini nümayiş etdirərək, müharibə tərəfdarları, onlarla əlaqəli cinayətkar-oliqarxik sistemi arxivə atdı. Onlar Ermənistandan silinməlidir. Bizim əsas vəzifəmiz bu olacaq. Biz bunu gecikmədən, qətiyyətli və aydın addımlarla həyata keçirəcəyik".

O, Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə çoxluğa sahib olacağını və yeni hökuməti quracağını bildirib.

Xatırladaq ki, nəticəyə əsasən, Nikol Paşinyanın lideri olduğu Vətəndaş Müqaviləsi Partiyası 105 yerdən 61-ni qazanaraq çoxluq qazanıb. Rusiyapərəst biznesmen Samvel Karapetyanın Güclü Ermənistan təşkilatı səslərin 23,29%-ni, keçmiş prezident Robert Köçəryanın Ermənistan Alyansının 9,94%-ni və Çiçəklənən Ermənistan Partiyasının isə 4%-ni alıb.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR