Fransaya casusluqda ittiham olunan şəxslər apellyasiya şikayət verib
KRİMİNAL
08.06.2026, 11:39
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti verilib.
Mia.az Report.az-a xəbər verir ki, apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə ilkin baxış iclası iyunun 11-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubiley yaşı çox mübarək!
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyininr şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklk edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA
-
Nazir müavinindən kitabxana sistemindəki attestasiyası ilə bağlı açıqlama: "İmtahandan keçməyənlər..."
Bugün, 12:56 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Bugün, 12:25 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 12:20 KRİMİNAL
-
Elşad Xose xəstəxanaya yerləşdirilib
Bugün, 12:16 MƏDƏNİYYƏT
-
"Uzak Şəhər"in aktrisası belə dincəlir - FOTOLAR
Bugün, 12:04 ŞOU-BİZNES
-
İbrahimoviç iki oğlunun anası ilə 25 il niyə nikaha girməyib? - Açıqlama
Bugün, 11:46 İDMAN
-
Konfrans, müşavirələr və.. - Qarabağ Dirçəliş Fondu 665 min manatı belə tədbirlərə xərcləyəcək
Bugün, 11:43 CƏMİYYƏT
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
Bugün, 11:35 İQTİSADİYYAT
-
Rəsmi Bakıdan Zaxarovaya cavab verildi: "Səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır"
Bugün, 11:34 SİYASƏT
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
Bugün, 11:17 KRİMİNAL
-
Daha bir tiktoker həbs edildi
Bugün, 11:07 PRESS
-
UKRAYNA 400-DƏK DROANLA MOSKVAYA QORXU SAÇDI - "Müharibə Rusiyaya geri döndü"
Bugün, 11:00 GÜNDƏM
-
Əli İnsanov özünə rus müşavir götürdü
Bugün, 10:37 SİYASƏT
-
ƏLİ ƏSƏDOV TƏBİB-in İCRAÇI DİREKTORU BARƏDƏ SƏRƏNCAM VERDİ - Hərbi Çağırış Komissiyasında dəyişiklik
Bugün, 10:15 GÜNDƏM
-
Ölkə ərazisinin küləkli hava şəraiti davam edir
Bugün, 10:07 GÜNDƏM
-
Küveyt ordusunun canlı qüvvəsi artırılır
Bugün, 09:58 DÜNYA
-
Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı
Bugün, 09:49 İQTİSADİYYAT
-
QƏBUL İMTAHANI: ən zəif və yüksək nəticə göstərən bölgələr...
Bugün, 09:37 GÜNDƏM
-
Əməkdar artist: "Danışmağa utanıram, amma məcburam"
Bugün, 09:33 MƏDƏNİYYƏT
-
AAYDA-da kütləvi ixtisarlar başlayıb - Xəzər TV süjet hazırladı + VİDEO
Bugün, 09:32 CƏMİYYƏT
-
Tramp Netanyahuya mesaj: "Türkiyə gözəl və çox güclü bir ölkədir" - "Əgər İran..."
Bugün, 09:25 GÜNDƏM