Beyləqanda silahlı insident törədənlərin işi məhkəməyə göndərildi
KRİMİNAL
23.07.2026, 17:09
Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfər ifşa edilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Cinayət işləri üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.
Cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqanın Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.
İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından, sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən “Daşburun” dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd olunub.
Toplanmış kifayət qədər sübutlar əsasında Əhməd Məmişova Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.
Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Muradov Rahil Mənsim oğlunun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, Azərbaycan Respublikasının dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə, qanunsuz silah dövriyyəsində iştirak etməsinə, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsinə və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda digər şəxslərlə qabaqcadan əlbir olaraq İran İslam Respublikasından külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. Bundan başqa, dövlət sərhədini qanunsuz keçdikdən sonra digər şəxslərlə birlikdə odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını qanunsuz əldə edib, saxlayıb və daşıyıb, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törədib, habelə ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurub. Həmçinin növbəti qanunsuz dövlət sərhədini keçmə halında digər şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini həyata keçirməsinə dair kifayət qədər sübutlar toplanıb.
Toplanmış kifayət qədər sübutlar əsasında Rahil Muradova Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 206.3.1, 206.3.2, 221.3, 228.2.1, 228.2.2, 229.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci, Ceyhun Əhmədova həmin Məcəllənin 126.2.1, 126.2.4, 221.3, 228.2.1, 228.2.2 və 229.2.1-ci, Samir Məmmədova isə 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.
Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“By Ella” ləqəbli bloqer həbs edildi
Bugün, 09:41 PRESS
-
Azərbaycan neftinin qiyməti 94 dolları ötdü
Bugün, 09:41 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR
Bugün, 09:32 SİYASƏT
-
İspaniyada üç ardıcıl zəlzələ qorxu yaradıb
Bugün, 09:10 DÜNYA
-
"UltrAslan" azarkeş qrupunun lideri narkoman çıxdı - Testin nəticəsi bəlll oldu
Bugün, 09:01 İDMAN
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM
-
AAYDA sədri özünə daha bir müşavir götürüb - Agentlikdə şöbə müdirinin müavini imiş...
18.08.2026, 19:52 CƏMİYYƏT
-
Müəllimlərin işə qəbulu müsabiqəsi: vakansiya seçiminin nəticələri açıqlandı
18.08.2026, 18:53 GÜNDƏM
-
"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub
18.08.2026, 18:25 İDMAN
-
AYDA-da daha bir təyinat olub
18.08.2026, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
18.08.2026, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
18.08.2026, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
18.08.2026, 17:35 SİYASƏT
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
18.08.2026, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
18.08.2026, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
18.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.08.2026, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
18.08.2026, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
18.08.2026, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
18.08.2026, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18.08.2026, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
18.08.2026, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
18.08.2026, 15:21 GÜNDƏM