"Valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir" - Zahid Orucdan açıqlama
PRESS
08.06.2026, 11:29
"Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır: "2025-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin 1100 respondent arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87,3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. Onlardan 11,1 %-i bu təkliflə razılaşmır, 1,6 %-i isə fikir bildirmək istəməyib. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90,5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır".
Deputat bildirib ki, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanmalıdır: "Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etməkdir. Həmçinin müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir. Layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. "Yeni norma Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.
Layihədə 16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə. Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.
Layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir. Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubiley yaşı çox mübarək!
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyininr şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklk edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA
-
Nazir müavinindən kitabxana sistemindəki attestasiyası ilə bağlı açıqlama: "İmtahandan keçməyənlər..."
Bugün, 12:56 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Bugün, 12:25 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 12:20 KRİMİNAL
-
Elşad Xose xəstəxanaya yerləşdirilib
Bugün, 12:16 MƏDƏNİYYƏT
-
"Uzak Şəhər"in aktrisası belə dincəlir - FOTOLAR
Bugün, 12:04 ŞOU-BİZNES
-
İbrahimoviç iki oğlunun anası ilə 25 il niyə nikaha girməyib? - Açıqlama
Bugün, 11:46 İDMAN
-
Konfrans, müşavirələr və.. - Qarabağ Dirçəliş Fondu 665 min manatı belə tədbirlərə xərcləyəcək
Bugün, 11:43 CƏMİYYƏT
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
Bugün, 11:35 İQTİSADİYYAT
-
Rəsmi Bakıdan Zaxarovaya cavab verildi: "Səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır"
Bugün, 11:34 SİYASƏT
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
Bugün, 11:17 KRİMİNAL
-
Daha bir tiktoker həbs edildi
Bugün, 11:07 PRESS
-
UKRAYNA 400-DƏK DROANLA MOSKVAYA QORXU SAÇDI - "Müharibə Rusiyaya geri döndü"
Bugün, 11:00 GÜNDƏM
-
Əli İnsanov özünə rus müşavir götürdü
Bugün, 10:37 SİYASƏT
-
ƏLİ ƏSƏDOV TƏBİB-in İCRAÇI DİREKTORU BARƏDƏ SƏRƏNCAM VERDİ - Hərbi Çağırış Komissiyasında dəyişiklik
Bugün, 10:15 GÜNDƏM
-
Ölkə ərazisinin küləkli hava şəraiti davam edir
Bugün, 10:07 GÜNDƏM
-
Küveyt ordusunun canlı qüvvəsi artırılır
Bugün, 09:58 DÜNYA
-
Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı
Bugün, 09:49 İQTİSADİYYAT
-
QƏBUL İMTAHANI: ən zəif və yüksək nəticə göstərən bölgələr...
Bugün, 09:37 GÜNDƏM
-
Əməkdar artist: "Danışmağa utanıram, amma məcburam"
Bugün, 09:33 MƏDƏNİYYƏT
-
AAYDA-da kütləvi ixtisarlar başlayıb - Xəzər TV süjet hazırladı + VİDEO
Bugün, 09:32 CƏMİYYƏT
-
Tramp Netanyahuya mesaj: "Türkiyə gözəl və çox güclü bir ölkədir" - "Əgər İran..."
Bugün, 09:25 GÜNDƏM