Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib - FOTOLAR
GÜNDƏM
05.06.2026, 18:18
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC forumun Platin sponsoru qismində tədbirə dəstək göstərib.
Mia.az xəbər verir ki, milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin iştirakı ilə baş tutub.
Forum çərçivəsində keçirilən “Rəqəmsal transformasiyada kiber çağırışlar” panel müzakirəsində "Azercell Telekom"un Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib ki, “Azercell” hazırda korporativ müştərilərə 10-dan çox fərqli kibertəhlükəsizlik xidməti təqdim edir.
Bildirilib ki, “Azercell” kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir. M. Şərifli kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95%-i ötdüyünü vurğulayıb.
Süni intellekt əsaslı texnologiyalar fasiləsiz fəaliyyət göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır. Eyni zamanda, bu texnologiyalar böyük həcmli məlumatların emalı və təhlili, eləcə də potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.
Qeyd edək ki, “Azercell” kibertəhlükəsizlik sahəsində fəaliyyətini “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam edir.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət Baxçalı millinin futbolçusunu qəbul etdi
Bugün, 20:43 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
Bugün, 20:24 SİYASƏT
-
"Yelobank"ın sahibi bir ölkədə "qara zolaq"dan çıxarıldı
Bugün, 20:16 İQTİSADİYYAT
-
Zəngəzur dəhlizinə rus rəhbərlik edəcək: o, kimdir? - ABŞ-dan elə xəbər gəldi ki...
Bugün, 20:14 SİYASƏT
-
Xəzər dənizində daha bir nəfər boğulub
Bugün, 19:01 CƏMİYYƏT
-
Dəniz Baykalın həyat yoldaşı dünyasını dəyişib
Bugün, 18:55 DÜNYA
-
Türkiyədə nəhəng ətyeyən çəyirtkələr peyda olub – FOTO
Bugün, 18:22 DÜNYA
-
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
Bugün, 18:13 GÜNDƏM
-
Lənkəranın icra başçısına müavin təyinatı olub
Bugün, 17:59 CƏMİYYƏT
-
Rəsmi Tehrandan ABŞ-ın son hücumu ilə bağlı açıqlama: “30-dan çox mülki şəxs həlak olub”
Bugün, 17:48 DÜNYA
-
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklamı və... - "Məni qınayanlara isə demək istəyirəm ki..."
Bugün, 17:45 MƏDƏNİYYƏT
-
Samux rayonunda kütləvi zəhərlənmə olub
Bugün, 17:38 CƏMİYYƏT
-
Ceyhun Bayramov Lavrovla görüşəcək
Bugün, 17:28 SİYASƏT
-
Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN
Bugün, 17:26 GÜNDƏM
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi
Bugün, 17:11 İDMAN
-
"Aşsüzən media” və ya AZAL-ın dərəbəyliyi... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Bugün, 17:09 YAZARLAR
-
Agentlikdə departament direktoru təyinatı oldu
Bugün, 17:09 GÜNDƏM
-
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Bugün, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:56 CƏMİYYƏT
-
Tramp Ukrayna münaqişəsinin prezidentlik müddətinin sonunadək başa çatacağına ümid edir
Bugün, 16:25 DÜNYA
-
"Biletimizi başqalarına satıblar" - Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO
Bugün, 16:22 İQTİSADİYYAT
-
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
Bugün, 16:17 GÜNDƏM
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb - FƏRMAN
Bugün, 16:08 MƏDƏNİYYƏT
-
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib - SƏRƏNCAM
Bugün, 16:07 GÜNDƏM
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Bugün, 16:05 GÜNDƏM
-
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bugün, 15:59 CƏMİYYƏT
-
Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir və bu göstəricini 20 milyona çatdırmağa hazırdır
Bugün, 15:56 DÜNYA
-
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bugün, 15:54 SİYASƏT
-
Azərbaycan XİN vətəndaşları münaqişə bölgələrində işləməkdən çəkinməyə çağırıb
Bugün, 15:51 GÜNDƏM
-
FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:47 CƏMİYYƏT
-
"Fulham" "Trabzonspor"un müdafiəçisini transfer etmək istıəyir
Bugün, 14:56 İDMAN
-
Avropa Komissiyası Kiprin Şengen zonasına daxil olmaq üçün texniki hazırlığını təsdiqləyib
Bugün, 14:54 DÜNYA
-
Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib
Bugün, 14:50 CƏMİYYƏT