YAP Sabunçu rayon təşkilatının keçmiş sədri həbs olundu - Məkəmə zalında... (YENİLƏNİB)
KRİMİNAL
04.06.2026, 15:30
YAP Sabunçu rayon təşkilatının keçmiş sədri, Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs olunub.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə ona 7 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
M.Abasquliyeva məhkəmə zalında həbs olunub.
Bundan başqa, Hamlet Mustafayevə 5 il 8 ay müddətə azadlıqdan məhrum etmə, Elnur Əhmədliyə isə 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Onlar da məhkəmə zalında həbs olunublar.
***
Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb.
Məlumata görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Hakim Leyla Əsgərova Məmmədova isə bu məlumatın dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinə və təqsirləndirilən şəxsin yerləşdirildiyi deyilən tibb müəssisəsinə sorğu göndəriləcəyini deyib.
Hakim əlavə edib ki, məhkəmədən qəsdən yayınma halı müəyyən ediləcəyi halda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz oluna bilər. O, bu xəbərdarlığın birbaşa Mehriban Abasquliyevaya çatdırılmasını da tələb edib.
Gözlənilməz vəziyyət yarandığından sonuncu proses sabahadək təxirə salınıb.
Xatırladaq ki, M.Abasquliyeva Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı ittiham edilir. O, bu gün məhkəmədə son söz deməli idi, lakin hazır olmadığından hakim hazırlaşmaq üçün eks-direktora 14:00-a kimi vaxt vermişdi. Bundan əvvəlki prosesdə prokuror Abasquliyevanın 8 il həbs edilməsini tələb etmişdi/qafqazinfo.
***
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatır.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər yekun çıxış ediblər.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın (YAP Sabunçu rayon təşkilatınn keçmiş sədri - Mia.az ) iki vəkilinin müdafiə çıxışı üç saat çəkib.
Vəkil Muxtar Mustafayev əvvəlki həmkarının səsləndirdiyi arqumentlərə yenidən qayıtdığı üçün hakim Leyla Əsgərova Məmmədova ona xəbərdarlıq edib. Bu vaxt prosesdə qısa gərginlik yaşanıb, vəkil çıxışını kəsdiyi üçün hakimə etiraz edəcəyini deyib.
Hakim isə ondan təkrar sözlərlə prosesi uzatmamasını tələb edib.
.jpg)
Muxtar Mustafayev çıxışının davamında cinayət işi üzrə ilkin istintaqı aparan müstəntiqləri və ekspertləri ittiham edib: “İbtidai istintaq nə araşdırıb? Ekspert rəy verib ki, uzadıcı elektrik naqilləri yüklənib. Amma bunu necə sübut etdiyini yazmayıb. Münəccim idi? Bundan əlavə, deyirlər elektrik naqillərinin nasaz olması ilə bağlı məlumat verilməyib. Bu barədə Mehriban Abasquliyevaya kimsə məlumat verməyib. Kimsə nə isə etdi, dərhal rəhbər günahkardır. Tutun, qoyun içəri.
Ən vacib məsələyə gələk. Qəzadan sonra ölən uşaqların sayının artması düzgün araşdırılmayıb. Bilirsiniz niyə artdı? Çünki başqa xəstəxanalara təxliyə düzgün olmadı. Bəzi tibb müəssisələrində avadanlıqlar və peşəkar heyət çatışmadı. Bu Mərkəzdə çalışanları da müalicəyə buraxmadılar. Yəni kütləvi səhlənkarlıq nəticəsində bu faciə böyüdü. İndi prokuror deyir, Abasquliyeva islah olunması üçün həbs edilməlidir. Niyə, nə olacaq? Bu islahdan çox qisas almaq olar”.
Vəkil yekunda müvəkkilinə bəraət verilməsini istəyib. İş üzrə ittiham olunan Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri də çıxışlarında, özləri isə son sözlərində bəraət istəyiblər. H.Mustafayev və E.Əhmədli iki ildən çoxdur işsiz qaldıqlarını, bu müddətin elə onlar üçün cəza olduğunu, Mustafayev əlavə olaraq 90 yaşlı atasına himayədarlıq etməsinin nəzərə alınmasını xahiş edib.

Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını bildirib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.
Əvvəlki iclasda prokuror M.Abasquliyevaya 8, digərlərinə 7 il həbs cəzası tələb edib. Günün ikinci yarısında hökm oxunacağı gözlənilir.
Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında baş verib. Dəhşətli yanğınla bağlı Baş prokurorun rəhbərliyi ilə hərtərəfli araşdırma aparılıb.
Faktla bağlı Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM