Azərbaycan millisi Pakistan yığması ilə yoxlama oyunu keçirəcək

Azərbaycan millisi Pakistan yığması ilə yoxlama oyunu keçirəcək

İDMAN

Bugün, 14:59

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Pakistan yığması ilə yoxlama oyunu keçirəcək.

Mia.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi Azərbaycanın U-20 millisi iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR