RƏSMİ TEHRAN DÜNYANI TƏDİRGİN ETDİ: “ABŞ-la danışıqları dayandırdıq”

RƏSMİ TEHRAN DÜNYANI TƏDİRGİN ETDİ: “ABŞ-la danışıqları dayandırdıq”  

GÜNDƏM

Bugün, 17:38

"İran israilin Livana hücumla əlaqdar ABŞ-la danışıqları rəsmın dayandırdı”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın yarı-rəsmi xəbər agentliyi olan “Tasnim”ə İran hökumətindən məlumat verilib.

Bildirilib ki, İranın İsrailin Livan və Qəzzaya hücumlarını dayandırması şərti yerinə yetirilənə qədər heç bir danışıq olmayacaq: “Artıq İranın danışıqlar üzrə heyəti geri çəkilib, heç bir xəbərləşmə olmayacaq”.

İranın xarici işlər naziri Abbas Arakçi isə bildirib ki, onlar ABŞ-la atəşkəsə bəlli bölgəni deyil, Livan da daxil olmaqla, bütün cəbhələri əhatə edən qəti atəşkəsə razılaşıb: “Ancaq görünən budur ki, ABŞ buna əməl etmir. İstənilən cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə pozuntu deməkdir. ABŞ və İsrail istənilən pozuntunun nəticələrinə görə birbaşa məsuliyyət daşıyırlar."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR