“Selçuksports”un sahibi tutuldu – 3 orqanın birgə əməliyyatı ilə...

“Selçuksports”un sahibi tutuldu – 3 orqanın birgə əməliyyatı ilə...

PRESS

Bugün, 17:39

Türkiyədə yaşayan və təsis olunan “Selçuksports”un təsisçisi və direktoru Selçuk Yılmaz saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qanunsuz idman yayım platforması yaratmaq, matçları orada qanunsuz yaymaq və sair məsələlərdə ittiham olunur.

Məlumata əsasən, “Selçuksports”un təsisçisi Selçuk Yılmaz İstanbul Baş Prokurorluğu, Kiber Cinayətlər İdarəsi və Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən keçirilən birgə əməliyyatla Denizli şəhərinin Pamukkale bölgəsində həbs edilib: “Onun yeri müəyyən olunan kimi əməliyyat düyməsi basılıb və saxlandığı yerdə qandallanaraq İstanbula gətirilib. İstintaq gedir".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR