Redaktor aparıcı qadına “sataşdı” - Canlı yayımda skandal + FOTO  

Redaktor aparıcı qadına “sataşdı” - Canlı yayımda skandal + FOTO  

PRESS

Bugün, 17:07

Avstraliyada keçirilən  və canlı yayımlanan mükafatlandırma mərasimində  radio rəhbəri səhnədə - milyonların gözü önündə qadın aparıcıya “əl atıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2HD radio redaktoru Guy Ashford gözlənilmdən səhnəyə çıxaraq “ən yaxşı aparıcı” mükafatını qazanan aparıcı Çeralin Darsini qucaqlayaraq, onun məhrəm yerlərini “sıxıb”.

Hadisə ölkədə və tədbir təşkilatçılarında böyük gərginlik və müzakirə yaradıb.

Məlumata görə, faktla bağlı hüquq-mühafizə orqanları da. Radionun təsisçiləri də araşdırmaya başladıqlarını açıqlayıblar.

Az sonra isə redaktorun vəzifədən uzaqlaşdırıldığı elan olunub.

Məlumatda o da deyilir ki, qadın hüquqları ilə məşğul olan təşkilatçılar da bu rüsvayçı olayla bağlı hökumətə müraciət ünvanlayıblar.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR