UŞAQ PULU, YOXSA NİSYƏ DƏFTƏRİ: “Doğub, törəyib, sonra da “pulumu verin!” deyə qışqırmayın” - Mirşahin elə sözlər yazdı ki...
YAZARLAR
22.05.2026, 11:12
Mirşahin Ağayev
REAL TV-nin rəhbəri
***
Əvvəlcə, rəqəmsal mühitin təqdim və təlqin etdiyi “söz azadlığı” haqqında:
- Deməli, iki vətəndaş-Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi-Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri, Qadın, Ana-Günay Ağamalı müsahibə verib; biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim… Düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintusaşırı səviyyəlilərin, populizmin avanqardında gedənlərin beyni dərinə enə, dünya miqyasında düşünə, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi belə bəsit mövzularda fəal ola bilirlər.
Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə naqqallarının təzyiqi altında, təhqir xofu qarşısında susmağı seçib. Nəticədə “sən Allah, xətası məndən uzaq!” yanaşması üstün gəlir. Təkrar edirəm: bu gün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir.
- Bu gün Bakı BMT-nin Baş Qərargahı, Dünyanın paytaxtıdır.
Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer kürəsi nəhəng məsələləri Bakı Olimpiya stadionunda-WUF13-də müzakirə edir. Bizdə Sosial Şəbəkələrdə isə bir bölük, bir ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə.
Amma niyə?
Amma nədən?
Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam:
-Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Leyla Əliyeva Qəbələdə - FOTOLAR
Bugün, 18:35 MƏDƏNİYYƏT
-
Prezident ARDNF-lıə bağll sərəncam imzalayıb
Bugün, 18:04 GÜNDƏM
-
VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
Bugün, 17:59 CƏMİYYƏT
-
Masallıda 3050 kq iylənmiş ət aşkarlanıb
Bugün, 17:45 İQTİSADİYYAT
-
TRAMP İSTƏDİ, FİFA “BARDAĞI DAŞIRDI” – UEFA-dan qərara çox sərt etiraz var
Bugün, 17:38 İDMAN
-
Konqoda ebola epidemiyası sürətlə yayılır
Bugün, 17:22 DÜNYA
-
Sabah bağçalara elektron qəbul başlayacaq
Bugün, 17:19 CƏMİYYƏT
-
Bakı-Naxçıvan reysləri yenə təxirə salınıb
Bugün, 17:15 GÜNDƏM
-
Şahzadənin hərəkəti gündəm oldu – Soyunma otağına girdi və… (FOTO)
Bugün, 17:07 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Rəsmən təsdiqləndi – Tramp sabah Ankaraya gəlir
Bugün, 16:53 GÜNDƏM
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:50 GÜNDƏM
-
"Qəbələ" Seydina Keyta ilə yollarını ayırıb
Bugün, 16:44 İDMAN
-
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı və...
Bugün, 16:17 GÜNDƏM
-
NATO generalı: “Bu gün ayağa qalxırıq və irəliləyirik” – “İndi daha güclü və daha qətiyyətliyik”
Bugün, 15:57 GÜNDƏM
-
NATO-nun Baş katibi Ankaraya gəldi
Bugün, 15:46 GÜNDƏM
-
Milli Observatoriyanın əməkdaşı vaxtsız vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev kənd təsərrüfatı torpaqları barədə fərman verdi - DƏYİŞİKLİK
Bugün, 15:34 İQTİSADİYYAT
-
Super Liqada püşkatma: mərasimin vaxtı bəlli oldu
Bugün, 15:30 İDMAN
-
Rəis azadlıqda, işçi həbsdə... - Auditorlar Palatasının keçmiş vəzifəli şəxslərinə hökm oxundu
Bugün, 15:18 KRİMİNAL
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
Bugün, 15:11 GÜNDƏM
-
Azərbaycan, Misir və Türkiyə hava qüvvələri bir arada - VİDEO
Bugün, 14:59 GÜNDƏM
-
“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Bugün, 14:54 İQTİSADİYYAT
-
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 14:53 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərində ixtisas və məktəb seçimi mərhələsi başlayıb
Bugün, 14:50 MƏDƏNİYYƏT
-
Bakda müəlliməni kim şantaj edib? - Məhkəmə işi
Bugün, 14:30 KRİMİNAL
-
Şirvanda 34 manatlıq naqil oğurlanıb
Bugün, 14:23 KRİMİNAL
-
Qarabağ bölgəsində 2333.3 hektar ərazi minalardan təmizlənib
Bugün, 14:14 CƏMİYYƏT
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 14:07 SİYASƏT
-
Regionlarda "Media savadlılığının təşviqi" layihəsinə başlayır – Qafqaz Araşmaları Mərkəzi gəncləri maarifləndirəcək
Bugün, 13:56 PRESS
-
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul... - DİM açıqlama yaydı
Bugün, 13:56 PRESS
-
DÇ-2026-da inanılmaz qalmaqal: Tramp müdaxilə etdi, FİFA qırmızı kartı ləğv etdi – FUTBOL DÜNYASI ŞOKDA!
Bugün, 13:39 İDMAN
-
CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”i partiyadaşları tərəfindən etirazla qarşılandı
Bugün, 13:15 SİYASƏT
-
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.
Bugün, 12:59 GÜNDƏM