Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTOLAR
CƏMİYYƏT
Bugün, 16:09
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb.
Mia.az xəbər verir ki, Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək bu təqaüdə layiq görülüblər. Görüşdə tələbələr əldə etdikləri uğurlar münasibətilə Şirkətlər Qrupu adından təbrik olunublar. Bildirilib ki, onların əzm və zəhməti ilə qazandıqları nailiyyət ailələri ilə yanaşı, böyük “Veysəloğlu”ailəsi üçün də qürur mənbəyidir. Gənclər və onların valideynləri bu uğura aparan yol barədə fikirlərini bölüşüblər. Görüşdə Aydın Veysəloğlu gəncləri təbrik edərək onların əldə etdikləri yüksək nəticələrdə şəxsi qabiliyyət və zəhmətlə yanaşı, məktəbin və ailənin də mühüm rol oynadığını bildirib:
“Həyatda uğur qazanmaq üçün böyük şansınız, eyni zamanda böyük məsuliyyətiniz var. Sizin kimi yüksək nəticə əldə etmiş gənclərin sayı ölkəmizdə çox deyil. Qarşıda sizi universitet həyatı və gələcək karyera gözləyir. Dayanmaq olmaz. Bu gün dünya ölkələri arasında rəqabətdə ixtisaslı kadrlara sahib olmaq çox önəmlidir. İnsan kapitalı böyük dəyər daşıyır. Çalışın ki, əldə etdiyiniz nəzəri bilikləri təcrübə ilə birləşdirəsiniz, ixtisasınıza uyğun fəaliyyət göstərən şirkətlərlə daim əlaqədə olasınız. Bu, bilik və bacarıqlarınızı gələcəkdə uyğun sahələrdə tətbiq etməyinizə kömək edəcək. Valideynləriniz sizin uğurlarınıza necə sevinirlərsə, mən də bir o qədər sevinirəm. Bu uğurunuzla bağlı şəxsi sosial şəbəkə hesablarımda da paylaşım etmişəm”.
Prezident təqaüdünə layiq görülən gənclərdən Hüseyn Seyidov 689,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov “Veysəloğlu Qrup” MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.
Aylin Nəbiyeva 667,4 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev “Veysəloğlu” MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.
Əli Umudov 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova “OBA Market” MMC-də satıcı-kassir vəzifəsində çalışır.
Xəyal Xasməmmədli isə 659,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov “Araz Supermarket” MMC-də administrator vəzifəsində çalışır.
Tədbirin sonunda Prezident təqaüdçülərinə Şirkətlər Qrupu adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, builki ali məktəblərə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunda çalışan ümumilikdə 16 əməkdaşın övladı 600-dən çox bal toplayıb.






Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:51 GÜNDƏM
-
NAZİR GENERALI NİYƏ YOLA SALDI?
Bugün, 16:39 CƏMİYYƏT
-
"Fənərbaxça"nın sabiq prezidentio məhkəmədə - Sadettin Saran və aparıcıya ağır ittiham irəli sürülüb
Bugün, 16:17 İDMAN
-
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 16:09 CƏMİYYƏT
-
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgində - FOTOLAR
Bugün, 15:55 GÜNDƏM
-
İcra başçısının keçmiş müavininin qızı məhkəməyə verilib
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
Telefondan istifadə və... - Sürücüləri yeni cəza gözləyir
Bugün, 15:35 CƏMİYYƏT
-
Bu qanunu pozanlar cərimə ediləcək - MƏBLƏĞLƏR
Bugün, 15:24 CƏMİYYƏT
-
Korrupsiya haqda məlumat verən şəxslərə təzyhiq edənləri cəza gözləyir - Yeni qanun
Bugün, 15:16 CƏMİYYƏT
-
"Hakimlərin Etik Davranış Kodeksi" Dövlət Reyestrinə daxil edilib
Bugün, 15:10 CƏMİYYƏT
-
Səbailin icra başçısı inzibati xəta törədib - Vüqar Zeynalovun işi məhkəməyə göndərildi
Bugün, 14:59 CƏMİYYƏT
-
Prezident Dialoq Forumunun açılış mərasimində yeni mesajlar verdi - ÇIXIŞIN TAM MƏTNİ + VİDEO, FOTOLAR
Bugün, 14:59 GÜNDƏM
-
Sabiq deputat Əsabil Qasımovun dərəbəyliyi "başına bəla açdı": 5 milyonluq qalmaqal - CİNAYƏT İŞİ
Bugün, 14:49 CƏMİYYƏT
-
Bu gün Ərdoğanla MHP lideri görüşəcək
Bugün, 14:19 SİYASƏT
-
Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var
Bugün, 14:13 KRİMİNAL
-
"Azərbaycanın Ermənistana konstitusiya tələbi ifrat deyil" - "Bakı və İrəvan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb, lakin..."
Bugün, 14:08 SİYASƏT
-
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var (YENİLƏNİB)
Bugün, 13:57 KRİMİNAL
-
Penitensiar xidmətin 49 yaşlı yeni rəisi kimdir? - Maraqlı məlumatlar
Bugün, 13:17 GÜNDƏM
-
Kiçik və orta fermerlərlə bağlı qanunlar dəyişdi - Nələr olacaq?
Bugün, 13:17 İQTİSADİYYAT
-
MƏŞHUR GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Penitensiar xidmətin yeni rəisi kimdir?
Bugün, 13:00 GÜNDƏM
-
Özgür Özəlin ətrafı "budanır" - Qadın bələdiyə sədri və əri saxlanıldı
Bugün, 12:47 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 12:40 GÜNDƏM
-
BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)
Bugün, 12:38 CƏMİYYƏT
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb
Bugün, 12:35 KRİMİNAL
-
Bakı və ətraf ərazilərdə dövlət ehtiyacı üçün torpaqların alınması... - Yeni qanun qəbul edildi
Bugün, 12:30 CƏMİYYƏT
-
"Qalatasaray"ın baş məşqçisi "Amedspor"dan üzr İstədi
Bugün, 12:18 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:10 CƏMİYYƏT
-
Məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik olunub - DETALLAR
Bugün, 12:03 KRİMİNAL
-
Türkiyəli aktrisa evlənməyə vaxt tapa bilmir
Bugün, 11:30 ŞOU-BİZNES
-
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: pul toplayan 16 nəfər saxlanılıb
Bugün, 11:21 KRİMİNAL
-
Baş məşqçi: "Bu liqada derbi qazanmadan belə çempion ola bilərsiniz"
Bugün, 11:12 İDMAN