İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
GÜNDƏM
Bugün, 14:01
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Mia.az xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.
ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ICESCO-nun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.
Salim bin Məhəmməd əl-Maliki bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd etdi, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirdi.
Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğuladı.
Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün Ərdoğanla MHP lideri görüşəcək
Bugün, 14:19 SİYASƏT
-
Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var
Bugün, 14:13 KRİMİNAL
-
"Azərbaycanın Ermənistana konstitusiya tələbi ifrat deyil" - "Bakı və İrəvan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb, lakin..."
Bugün, 14:08 SİYASƏT
-
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var
Bugün, 13:57 KRİMİNAL
-
Penitensiar xidmətin 49 yaşlı yeni rəisi kimdir? - Maraqlı məlumatlar
Bugün, 13:17 GÜNDƏM
-
Kiçik və orta fermerlərlə bağlı qanunlar dəyişdi - Nələr olacaq?
Bugün, 13:17 İQTİSADİYYAT
-
MƏŞHUR GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Penitensiar xidmətin yeni rəisi kimdir?
Bugün, 13:00 GÜNDƏM
-
Özgür Özəlin ətrafı "budanır" - Qadın bələdiyə sədri və əri saxlanıldı
Bugün, 12:47 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 12:40 GÜNDƏM
-
BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)
Bugün, 12:38 CƏMİYYƏT
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb
Bugün, 12:35 KRİMİNAL
-
Bakı və ətraf ərazilərdə dövlət ehtiyacı üçün torpaqların alınması... - Yeni qanun qəbul edildi
Bugün, 12:30 CƏMİYYƏT
-
"Qalatasaray"ın baş məşqçisi "Amedspor"dan üzr İstədi
Bugün, 12:18 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:10 CƏMİYYƏT
-
Məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik olunub - DETALLAR
Bugün, 12:03 KRİMİNAL
-
Türkiyəli aktrisa evlənməyə vaxt tapa bilmir
Bugün, 11:30 ŞOU-BİZNES
-
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: pul toplayan 16 nəfər saxlanılıb
Bugün, 11:21 KRİMİNAL
-
Baş məşqçi: "Bu liqada derbi qazanmadan belə çempion ola bilərsiniz"
Bugün, 11:12 İDMAN
-
"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik olunub
Bugün, 11:06 İQTİSADİYYAT
-
"Report”un 12 yaşı tamam oldu
Bugün, 10:47 PRESS
-
ADSEA-da şöbə müdirinə 3 milyonluq mənimsəmə ittihamı - CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:47 CƏMİYYƏT
-
Nazir, Komitə sədri və... - Onların qəbul günləri bəlli oldu + CƏDVƏL
Bugün, 10:43 CƏMİYYƏT
-
Prezidentdən mühüm mesaj: "Əgər xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir" - "Ölkəmiz sabitlik adasıdır, hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidi"
Bugün, 10:30 GÜNDƏM
-
Prezident Dialoq Forumunun açılış mərasimində çıxış edib - VİDEO, FOTOLAR
Bugün, 10:29 GÜNDƏM
-
“Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı
Bugün, 10:27 İQTİSADİYYAT
-
Prezident Forumda: "Müharibəni başlamaq asandır, amma bitirmək çətindir"
Bugün, 10:20 GÜNDƏM
-
İordaniya Suriyanı bombaladı - İki ölkə arasında gərginlik artdı, sərhəd bağlandı, ölənlər arasında uşaqlar da var
Bugün, 10:13 DÜNYA
-
Rusiya Xerson istiqamətində müvəqqəti atəşkəs elan edib
Bugün, 10:04 GÜNDƏM
-
Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL
Bugün, 09:55 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti daha bir dollar bahalaşdı
Bugün, 09:51 İQTİSADİYYAT
-
"Fənərbağça"nın futbolçusu ənənəvi ampulasında! - "O, hətta ona "sakit ol!" deyən polisin üzərinə yeriyib, onu itələyib..."
Bugün, 09:40 İDMAN
-
16 yaşlı tiktokerin başını kəsib torbaya qoyublar - Ekvadorda + FOTOLAR
Bugün, 09:27 PRESS
-
Türk ailəsini tarixi əraziyə buraxmadılar - Açıq-saçıq geyimlərinə görə (FOTO)
Bugün, 09:23 ŞOU-BİZNES