ADL ÇƏTİRİ ALTINDA DOLAŞAN TROLLAR: diş fırçası, qulaq çöpü və... - Niyə Gürcüstan 35 manata, ADY 81 manata bilet satır?

ADL ÇƏTİRİ ALTINDA DOLAŞAN TROLLAR: diş fırçası, qulaq çöpü və... - Niyə Gürcüstan 35 manata, ADY 81 manata bilet satır?

GÜNDƏM

Bugün, 00:12

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin 3 gündən bəri donub qalan tətbiqi bu gün günortadan sonra əlçatan olub.

Mia.az xəbər verir ki, tətbiqdə “ölkədaxili və beynəlxalq” istiqamətlər üzrə xidmət variantları aktivləşib və “Bakı-Tbilisi DY” xətti əlavə edilib. Amma günləri seçmək, bileti almaq mümkün deyil.

Xatırladaq ki, hazırda turfirmalar aktiv şəkildə adıçəkilən istiqamətə bilet satışını həyata keçirir.

Bu gün ADL bir qrup media nümayəndəsinin qatarlara baxışını həyata keçirib.

Onsuz da bu qatarlar mediaya və ictimaiyyətə bəlli idi, çünki 2 il əvvəl onları dövlət başçısına təqdim etmişdilər. ADL indi də öz əhatəsindəki medianın diliylə absurd qiymət təyin etdiyi biletlərinə haqq qazandırmağa çalışır.

Qatarın nəinki lüks, komfort vaqonları, heç adi, standart yerlərinin də qiyməti orta aylıq əmək haqqı 400 manat olan ölkə sakiniçün münasib deyil. Bizə standart qiymətin 81 manat olduğunu bildirən rəsmilər qarşı tərəfin – Gürcüstanın təyin etdiyi qiymətlərdən deyəsən, xəbəri yoxdu: qonşu ölkənin mətbuatı onlar tərəfdə biletin bizim pulla hesablayanda 34-35 manat olacağını deyib.

Xatırladaq ki, quru yollar bağlanmazdan əvvəl də gürcü tərəfdən biletlər həmiş ucuz olurdu. Ona görə bizim sərnişinlər heç vaxt 2 tərəfli bilet almırdı: buradan baha qiymətə bilet alsan da, Tiflisdən Bakıya 2 qat ucuz bilet olurdu. İndi o vaxtlarda “CB” deyilən, indinin “lüks” adlanan vaqonlarında təklif edilən heç bir yüksək “xidmət” (diş fırçası, diş çöpü, nəm və quru salfetka və bu kimi şeylər) bu bahaçılığın izahı deyil. Bu baha qiymətlər yalnız dövlət tədbirləriyçün ezamiyyətə gedənlərə sərf edə bilər.

Bəzi deputat və məmurların da qiymətləri müdafiə etməsi deyəsən, elə buna görədi. Dəmir yolu ilə səfərlərin insanları aeroporta gediş-gəliş və çoxmərhələli yoxlanışlardan azad etdiyi arqumentini ortaya qoyanlar da yəqin unudur ki, hər iki ölkənin sərhəddində də pasport yoxlaması var: bu yoxlama hər tərəfdə 1 saata yaxın vaxt aparır. Fərq varmı?

Məntəqələr üzrə bilet xərcləri lap gülməlidi:  Böyük Kəsik-Qardabani yolunu 102 manat təyin etmək hansı məntiqə sığar, sizcə? Bu qol qatarla 28, avtomobillə 18 km-di. 15 dəqiqə çəkir. Lap lüks vaqona minsən də, 15 dəqiqəyə lükslük nə edə bilərsən ki, qatarda? Bakıdan Sabunçuya gedən ekspress qatarın qiyməti 90 qəpikdi və o da 15 dəqiqə çəkir.

“Avropa standartları”, - deyə bu gün media nümayənlərinin gözünə xoş gələn bir sıra lüks xidmətləri nümayiş etdirib ADL rəsmiləri.

Bakı-Tiflis arasında 580 kim-lik yolun 81 manat təyin edilməsi Avropasayağı imiş.

 Amma əsl Avropa standartları nədən ibarətdi?

Gəlin, baxaq: 

Madrid-Barselona – 621 km – 57 manat;

Varşava-Berlin- 575 km – 57 manat;

Budapeşt-Praqa – 530 km – 37 manat.

 “Komediyasınız”, - demək olmur sizə, çünki tragikomediyasınız.

 Zülfiyyə Mustafayeva

Mia.az

 

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR