Məşhur aktrisanın qızı: “Anam bizə kifayət qədər miras qoyub” - FOTO

Məşhur aktrisanın qızı: “Anam bizə kifayət qədər miras qoyub”  - FOTO

ŞOU-BİZNES

Bugün, 14:09

Türkiyə kinosunda unudulmaz izlər qoyan aktrisa Ahu Tuğbanın qızı Anjelik Kalvin anasının ölümündən sonra ilk dəfə İstanbulda gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qatıldığı bir tədbirdə jurnalistlərin sualına cavabda anasından qalan mirasdan danşıb.

Kalvin deyib ki, ona kifayət qədər miras buraxılıb: "Anamdan heç nə qalmasa belə, çəhrayı gecə paltarı və tərlikləri mənə kifayətdir. Miras məsələsinə gəldikdə isə, bəli,  anam 5 nəfərə kifayət qədər miras qoyub. Dəqiq rəqəm deyə bilmərəm, ancaq yetərlidir”.

Xatırladaq ki, türk kinosunun sevimli simalarından olan Ahu Tuğba 1 sentyabr 2024-cü ildə 69 yaşında ABŞ-ın Mayami şəhərindəki evində vəfat edib. O, İstanbulda dəfn olunub.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR