Deputat keçmiş partiya sədrinin müdafiəsinə qalxdı – Qalmaqal böyüdü

Deputat keçmiş partiya sədrinin müdafiəsinə qalxdı – Qalmaqal böyüdü  

DÜNYA

Bugün, 17:04

"Məhkəmə partiyanın mübahisə doğuran 38-ci qurultayının nəticələrini tamamilə etibarsız sayarsa, ona hörmət edilməlidir, - deyən və keçmiş sədr Kamal Kılıçdaroğlunun “partiya ləkəli adamlardan təmizənməlidir” çağırışını dəstəkləyən CHP-nin Qaziantepdən deputatı Həsən Öztürkmən partiyadan xaric olunacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP-nin sözçüsü Zeynel Emre açıqlama verib.

Zeynel Emre bu gün deputatla bağlı məsələnin partiyada müzakirə olunduğunu deyib: “Həsən Öztürkmen CHP-nin 2023-cü ilin noyabr ayında keçirilən 38-ci qurultayı barədə sözləri ilə bağlı intizam şurasında izahat verəcək”.

Türkiyə mətbuatı yazır ki, iclasda onun xaric olunması gerçəkləşəcək.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR