Deputat Günay Ağamalı qalmaqallı sözləri qəsdən deyib? - Keçmiş partiya sədrindən maraqlı şərh

Deputat Günay Ağamalı qalmaqallı sözləri qəsdən deyib? - Keçmiş partiya sədrindən maraqlı şərh

SİYASƏT

Bugün, 18:28

"Deputat Günay Ağamalı dünənki çıxışı ilə özünün Ana Vətən partiyasının adına qəsdən zərər vurdu ki, hətta YAP o partiyanı öz sıralarına qatmaq fikrindən daşınsın, özünə yaraşdırmasın".

Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının keçmiş sədri, politoloq İlqar Məmmədov sosial media hesabında yazıb.

Onun sözlərinə görə, peyklərin YAP'a birləşdirilməsi hazırda gündəmdə var axı: "Günay Ağamalı tərəfdən hiyləgər bir siyasi gedişdir. Düşünülmüşdürsə. Hamının tənqidini öz üstünə yönəltmək üçün dünən deyib ki, uşaq pulu verilsə, atalar tənbəlləşib evdə oturar, işləməz. Ağıldan uzaq bu fikri ilə xanım Ağamalı indi gündəm olub. Nə isə, bir lətifə yadıma düşdü. Qadın rəfiqəsinə danışır ki, ərim rəhmətə gedəndə onu basdırmayacam, yandırıb tozunu evdə dolabda saxlayacam ki, hansısa başqa qadın onun qəbrini ziyarət edə bilməsin. Rəfiqəsi məsləhət verir: "Düz eləyirsən, o tozdan həm də qum saatı düzəlt, boş durmasın, arada işləsin"

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR