“Məhbus sıxlığının azaldılmasının çıxış yolu yeni həbsxanalar deyil” – Zahid Orucdan AŞPA hesabatına reaksiya

“Məhbus sıxlığının azaldılmasının çıxış yolu yeni həbsxanalar deyil” – Zahid Orucdan AŞPA hesabatına reaksiya

SİYASƏT

Bugün, 14:36

Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.

Sənəddə deyilir ki, ümumilikdə, Avropada hər 100 yerə düşən məhbusların sayı ölkələr arasında əhəmiyyətli fərqlərlə 31 yanvar 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək 94,7-dən 95,2-yə yüksəlib.

O cümlədən sənəddə o da qeyd olunub ki, 
Avropa Şurasına üzv ölkələrdə məhbus sıxlığına görə Azərbaycan da sıralarda yer alır.

Azərbaycanda son illər bir neçə həbsxanada tikilib.

Zaman-zaman həbsxanalarda məhbus sıxlığı məsələsi gündəmə gəlsə də, hələlik problem həll olunmamış şəkildə qalır.

Bəa görəsən, həlli yolları nədir: Yeni həbsxanalar tikmək, yoxsa hüquqi islahatları artırmaq, alternativ cəzalar tədbiq etmək?

Bu barədə Gununsesi.info -ya açılamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc danışıb.

O bildirib ki, cəzaçəkmə müəssisələrində məhkum edilən şəxslərin sayının çoxluğu, beynəlxalq hesabatlarda onların əksini tapması məsələsi uzun on illərdir ki, müzakirə olunur.

“Lakin deyə bilərik ki, burada qiymətləndirmədə bir neçə parametr nəzərə alınmalıdır. İlk növbədə kriminogen durum, əhalinin 100 min nəfərinə düşən cinayətlərin və o cümlədən xüsusilə ağır cinayətlərin sayı. Həmçinin məsuliyyət tədbirləri görülərkən məhkəmə orqanları tərəfindən çıxarılan hökmlər, ümumi müddətlər Avropa Şurasının müvafiq olaraq məhkəmə sisteminə nəzarət qurumları tərəfindən daim monitorinq edilir və Azərbaycan da həmin quruma üzvlük dövründə bu proseslərdə aktiv iştirak edibdir. Lakin digər tərəfdən, bu, eyni zamanda cəzaçəkmə müəssisələrinin sayı ilə də bağlı mühüm bir məsələdir. Yəni xüsusilə də Sovet dövründə inşa edilən yerlərin üzərinə müstəqillik dövründə müxtəlif zamançarda açılışı edilən, arzu etməsək də, cəmiyyət həyatının ayrılmaz hissəsi olan belə Penitensiar müəssisələrin təhvili baş verib. Eyni zamanda, bir sıra hallarda parlamentdə tikintisi yarımçıq qalan yerlərlə də əlaqəli məsələlər irəli sürülüb”,– deyə o qeyd edib.

Zahid Oruc həmçinin deyib:

“Düşünürəm ki, 2017 və 2019-cu il Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlara dair qərarı bu prosesdə həlledici rol oynadı. Ona görə də statistik olaraq bir neçə mühüm məqamı xüsusi vurğulayım. Həmin fərmanların başlıca müddəası cəza sisteminin humanistləşməsi idi. Bu, istintaq əməliyyatları tədbirlərinin sona qədər olan mərhələlərdə, eyni zamanda insanların biləvasitə məhkəmə əlçatanlığı və çıxarılan hökmlərin alternativ cəzalarla müşaiyət edilməsi. Yəni azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması növündə cəzalarla əlaqləri məsələlər başlıca hədəfə çevrildi. O səbəbdən, qanunvericilikdə 301 maddədə mühüm dəyişiklik edildi. Xatırlayırsınızsa, o zaman alternativ cəzaların həyata keçirilməsi üçün müvafiq dövlət qurumu da yaradıldı və o, “probasiya xidməti” adlanır. Ötən illər ərzində həmin tədbirlər özünün həm hüquqi, həm sosial, ictimai mühüm nəticələrini verdi. Bu da ondan ibarətdir ki, indi artıq həqiqətən də minlərlə insan alternativ qayda da sadə insanların içərisində cəza bilərziyi adlanan yollarla öz cəzalarını çəkirlər. Bu halda onların həmin həbsxana yerlərinə gəlməyinə ehtiyac qalmır. Hətta şərti cəza çəkən insanlarla müqayisə olunmayacaq qədər fərqli hadisədir. Çünki bildiyiniz kimi, məlum elektron çiplər vasitəsi ilə qolda kənardan idarə edilməsi ilə proses tənzimlənir. Deyə bilərəm ki, bu rəqəm hal-hazırda 4 minə yaxındır. Bir neçə ay öncə bizim tərəfdən də rəqəmlər parlamentdə səslənmişdi, 3600-dən artıq idi. Bu o deməkdir ki, həmin müəssisələrdə həm sıxlığa, ümumi məhbus sayına təsir göstərən amildir”.

Zahid Oruc qeyd edir ki, Azərbaycan əhalinin yüz min nəfərinə düşən, məhkum edilən şəxslərin sayına görə dünyada 56-60-cı yerləri bölüşür və bu özü müsbət göstəricidir:

“Azərbaycan əhalinin yüz min nəfərinə düşən, məhkum edilən şəxslərin sayına görə dünyada 56-60-cı yerləri bölüşür. Bu da müsbət nir göstəricidir. Öz-özlüyündə cəmiyyətdə kriminogen durumun vəziyyətindən xəbər verən hadisədir. O səbəbdən ki, dünyada müəyyən məlum müqayisəli təhlillərə nəzər saldıqda onu görürük ki, ABŞ birinci yeri tutur. Hər nə qədər demokratiya, insan haqları, azadlıqlar təminatında öndə olsa da, kriminal hadisələrin sayına görə birinci yerdədir. Bu səbəbdən, istəyərəm ki, Azərbaycanın rəqəmlərini beynəlxalq kontekstdə dəyərləndirə bilək. Burada ən önəmli məsələ budur ki, dövlət məhkəmə orqanları vasitəsilə ilə sərt qərarların verilməməsi mövqeyini tutmağına rəğmən, bəraət hökmlərinin sayının azlığı inkar edilməzdir, eyni zamanda, Penitensiar müəssisələrdə sıxlıq problemləri də dəfələrlə həm Mili Məclisdə, həm də Ombudsman təchizatının illik hesabatında öz əksini tapıb”.

Komitə sədri vurğulayıb ki, bu problemi Ədliyyə orqanlarında görmək doğru deyil:

“Bir sıra hallarda burada bu problemi Ədliyyə orqanlarının məsuliyyəti kimi görürlər. Ancaq deyil. O, son instansiya qurumudur. Əsas məsələ cəmiyyətin həyatıdır, ictimai münasibətlər sistemidir, sosial-iqtisadi durumdur, cinayətlərin törənmə zəminidir. Bunların baş verməməsi arzu olunur. 90-cı illər ölkədə xaos hökm sürdüyü şəraitdə baş verən cinayətlərin xarakteri ilə, 2000-ci, yaxud 2010 və 2020-ci illərdə baş verən cinayətlər arasında çox köklü fərqlər var. Lakin Penitensiar müəssisələrdə qeyd edilən sıxlığın rəqəmlər orta ümumi Avropa norması 94 və ya 100-ə yaxın olduğu halda, bizdə 2.8 dəfə artıq göstərilməsində müəyyən həqiqət payı var. Bu da ondan ibarətdir ki, həqiqətən də həmin cəzaçəkmə müəssisələrində məhkum edilən şəxslərin sıra sayı, hətta Bakı İstintaq Təcridxanasından ta son hökmün çıxarılma mərhələsinə qədər müəyyən problemlər yaşanmaqdadır. Bunlar əsla inkar edilə bilməz”.

O düşünür ki, çıxış yolu yeni həbsxanalar tikmək deyil:

“Ancaq hesab edirəm ki, çıxış yolu yeni həbsxanaların, Penitensiar müəssisələrin tikilməsi deyil. Tam əksinə, hüquqi tədbirləri gücləndirmək, cəmiyyət həyatında cinayətlərə səbəb olan amilləri ortadan qaldırmaq lazımdır ki, biz bu sıxlıqdan azad olmuş olaq. Düşünürəm ki, məhkum edilən şəxslərin sırasında az qala üçdə bir tərkibdən yuxarısını təşkil edən narkotik mənşəli cinayətlərin ümumi nisbətində olan məsələlərə baxılması ola bilər. O cümlədən, bank sistemi ilə bağlı və boşanma statistikalarının bəlli bir həddi fonunda alimentlərin verilmədiyi təqdirdə yaranan məcburi sərt qərarlar. Bütün bu tənzimləmə vasitələri bir neçə istiqamətdə görülməlidir ki, gərginliklər aradan qalxmış olsun. Bir daha söyləyirəm ki, Ombudsman təchizatının verdiyi hesabatlarda 1000-1200 nəfərlik yeri olan ərazilərdə 250-300, bəzən hətta bundan da artıq məhbusun olduğu ilə əlaqədar məsələlər təqdim olunub”.

Parlamentari son olaraq bildirib:

“Yekunda onu da demək istəyirəm ki, cəza sisteminin humanistləşməyinə təsir göstərən ən mühüm məsələ Prezident İlham Əliyevin Ulu Öndərdən başlayan əfv və amnistiya qərarlarıdır. Bu, statistik olaraq bizə bəllidir. 72 əfv qərarı ilə sayı 9 mindən artıq insan azadlığına qovuşub və bu, mühüm instonsional tədbirlər, dünyanın bir çox ölkələrində olmayan nümunələrdir. Digər tərəfdən, xüsusi vurğulamaq istəyirəm ki, 2025-ci ildə Vətən müharibəsində qələbəmizin beşinci il dönümünə həsr olunan amnistiya sərəncamına ona səbəb oldu ki, 20 mindən artıq insan ondan faydalana bildi. Onların bir qismi azadlığına qovuşdu. Digər tərəfdən də müəyyən cəza müddətləri azaldılmış oldu. Əlbəttə ki, cəmiyyət həyatında dünyanın istənilən demokratik və ya fərqli siyasi üsul idarəyə malik olan ölkələrdə cinayət olubsa, cəza da olur. Olmalıdır. Çünki vətəndaşların hüquqlarını tam, bütöv qorumalısan. Yanlız humanistləşmə təbdiri əsasında cinayətkara da yaşıl işıq yandırıla bilməz. Bu mənada, konstitusion olaraq vətəndaşların hüquq və azadlıqlarına münasibətdə vahid bir siyasət yürütməliyik”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR