YAVAŞ CHP-dəki "ÇEVRİLİŞ"DƏN DANIŞDI: "Təcili yeni qurultaya getməli və..." - "İqtidara fürsət tanımaq olmaz!"
SİYASƏT
Bugün, 00:02
Ankara bələdiyəsinin sədri Mənsur Yavaş məhkəmə qərarıyla CHP-nin yenidən başına keçən Kamal Kılıçdaroğlu ilə bağlı ilk açıqlamasını verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məhkəmənin bu qərarından narahat olmamağı, partiyanın isə təcili yeni qurultaya hazırlaşmasının vacibliyini qapardıb: “Gərginliyi artırmaq deyil, sağlam düşüncə ilə hərəkət etmək və partiyanın 1-2 ay ərzində öz iradəsi ilə qurultay haqqında qərar verəcəyini elan etməsi və prosesi demokratik prosedurlar çərçivəsində aparması mütləqdir”
Yavaş hakim partiyanın qarşıdakı dövrdə növbədənkənar seçkilər də daxil olmaqla, hər cür siyasi manevrlər etməsi ehtimalının yüksək olduğunu da sözləriə əlavə edib: “Cümhuriyyət Xalq Partiyamızla bağlı mütləq etibarsızlıq qərarı, Türkiyədə qanunun, demokratiyanın və millətin iradəsinin necə ciddi təzyiqə məruz qaldığının ən bariz göstəricilərindən biridir. Bundan əlavə, burada ən diqqət çəkən və ciddi məqamlardan biri də budur. Cinayət işləri hələ yekunlaşmasa da, məhkəmənin “seçki saxtakarlığı törədilib” fikrini bildirmək qərarı, cinayət məhkəməsini əvəz etmək və hökm çıxarmaq deməkdir. Lakin, qanunun aliliyi ilə idarə olunan bir dövlətdə heç kim, heç bir qurum hələ yekunlaşmamış məhkəmə prosesini əvəz edə bilməz.
Konstitusiyanın 79-cu maddəsi aydındır. Seçkilərin keçirilməsi sı və nəzarəti Ali Seçki Şurasının səlahiyyətindədir və Ali Seçki Şurasının qərarları qətidir. Seçki proseslərinin idarə olunması və siyasi partiyaların qurultay iradəsi ilə bağlı səlahiyyətlərə malik qurumlar konstitusiyamızda açıq şəkildə göstərilib.
Əlbəttə ki, məhkəmə qərarı var və qanunun aliliyi ilə idarə olunan bir dövlətdə heç bir qərarı qulaqardına vurmaq olmaz. Lakin hüquqi proseslərdən siyasi partiyaları zəiflətmək, bölmək və ya ləğv etmək üçün bir vasitə kimi istifadə etmək olmaz.
Məqsəd Respublika Xalq Partiyasını daxili mübahisələrə sürükləmək, birlik hissini sarsıtmaq və Türkiyənin əsas müxalifətini gücsüzləşdirməkdir. Belə bir prosesin Türkiyəyə heç bir faydası yoxdur. Əksinə, bu ssenari sosial qütbləşməni dərinləşdirir, siyasətə etimadı zəiflədir və yalnız hakim partiyanın əlinə keçir. Buna görə də, gərginliyi artırmaq deyil, sağlam düşüncə ilə hərəkət etmək, partiyanın öz istəyi ilə 1-2 ay ərzində qurultay keçirəcəyini elan etməsi və prosesi demokratik normalar çərçivəsində aparması lazımdır. Bu prosesi sakitcə, birlik və həmrəyliklə dəf etmək bizim prioritetimizdir. Bu, bizə ümid bağlayan milyonlarla insan qarşısında ən böyük məsuliyyətimizdir. Mən də daxil olmaqla, heç birimiz bu məsuliyyətdən qaça bilmərik.
Bu proses
zamanı birliyimizə və həmrəyliyimizə xələl gətirəcək münasibətlərdən və
açıqlamalardan çəkinmək xüsusilə vacibdir. Əks təqdirdə, bu qərarları verənlər
və bu müzakirələri qızışdırmaq istəyənlər məqsədlərinə çatmış olacaqlar…”.
Hüseyn Namazov
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ASGA WUF13 çərçivəsində "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" mövzusunda tədbir keçirib - FOTOLAR
Bugün, 01:22 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlunun silahdaşı ondan üz döndərdi: "Özgür Özel və qurultayın iradəsini dəstəkləyirəm"
Bugün, 00:56 SİYASƏT
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisində - FOTOLAR
Bugün, 00:37 GÜNDƏM
-
TƏBİB-in İCRAÇI DİREKTORUNUN YENİ VƏZİFƏ VERDİYİ VƏZİROVA: o, kimdir? - Maraqlı faktlar...
Bugün, 00:17 CƏMİYYƏT
-
“Sabah”la “Neftçi” bölgə klublarını ayağına gətirir
Bugün, 00:15 İDMAN
-
ADL ÇƏTİRİ ALTINDA DOLAŞAN TROLLAR: diş fırçası, qulaq çöpü və... - Niyə Gürcüstan 35 manata, ADY 81 manata bilet satır?
Bugün, 00:12 GÜNDƏM
-
YAVAŞ CHP-dəki "ÇEVRİLİŞ"DƏN DANIŞDI: "Təcili yeni qurultaya getməli və..." - "İqtidara fürsət tanımaq olmaz!"
Bugün, 00:02 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
81 MANATDAN 180 MANATADƏK... - Bakı-Tbilisi qatarına biletlər satışa çıxdı + SİYAHI (Yenilənib)
21.05.2026, 23:23 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu CHP sədrliyini qəbul etdi, birlik mesaj verdi: “İqtidara yürüyəcəyik”
21.05.2026, 23:12 GÜNDƏM
-
İmamoğlundan Kılıçdaroğlunun videomüraciətinə bir cümləlik - Reaksiya
21.05.2026, 21:01 SİYASƏT
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026, 20:17 GÜNDƏM
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTOLAR
21.05.2026, 20:14 GÜNDƏM
-
SÖZÜN İŞIĞINDA BİR GÖRÜŞ... - FOTOLAR
21.05.2026, 20:05 MƏDƏNİYYƏT
-
PA-nın şəbə müdiri ilə partiya sədri arasında görüş oldu - Nələr müzakirə edilib?
21.05.2026, 20:02 SİYASƏT
-
TÜRKİYƏ SİYASƏTİ ÇALXALANIR: gərginlik birjalara sıçradı, kəskin eniş fondun bağlanışına səbəb oldu
21.05.2026, 19:27 İQTİSADİYYAT
-
MƏHKƏMƏ CHP-nin QURULTAYINI LƏĞV ETDİ, KILIÇDAROĞLU GERİ GƏTİRİLİR – Türkiyə siyasətində "zəlzələ" (YENİLƏNİB)
21.05.2026, 18:54 SİYASƏT
-
Kral III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - MƏTN
21.05.2026, 18:42 GÜNDƏM
-
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
21.05.2026, 18:39 GÜNDƏM
-
Mətbuat katibi yeni vəzifəyə təyinat edildi
21.05.2026, 18:31 PRESS
-
Deputat Günay Ağamalı qalmaqallı sözləri qəsdən deyib? - Keçmiş partiya sədrindən maraqlı şərh
21.05.2026, 18:28 SİYASƏT
-
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - Çıxışlar + FOTOLAR
21.05.2026, 18:13 SİYASƏT
-
Fərid Şəfiyev: "Ermənistan Laçın və Kəlbəcəri..."
21.05.2026, 18:06 SİYASƏT
-
Azercell “Great Place to Work” beynəlxalq sertifikatına layiq görülüb
21.05.2026, 17:54 İQTİSADİYYAT
-
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi... - Baş nazir qərar imzaladı
21.05.2026, 17:48 CƏMİYYƏT
-
Bu şəxslərə hər ay 100 manat məbləğində vəsait ödəniləcək - Qərar
21.05.2026, 17:42 GÜNDƏM
-
Moctaba Xamenei: “Zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq”
21.05.2026, 17:10 GÜNDƏM
-
Deputat keçmiş partiya sədrinin müdafiəsinə qalxdı – Qalmaqal böyüdü
21.05.2026, 17:04 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.05.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda tramvay xətlərinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır
21.05.2026, 16:30 CƏMİYYƏT
-
Pakistanın Baş naziri İlham Əliyevə məktub göndərdi
21.05.2026, 16:29 GÜNDƏM
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə - Nazir Ərdoğanla birgə izlədi + FOTOLAR
21.05.2026, 16:17 GÜNDƏM
-
65 yaşlı rəis təqaüdə göndərilib: "Şöbədə mühəndis var, ancaq seçim başqa yerdən edilir"
21.05.2026, 16:13 CƏMİYYƏT
-
İsveç Kralı: "Azərbaycan xalqına firavanlıq arzu edirəm"
21.05.2026, 16:08 GÜNDƏM