Jurnalistin "Bu, vidadırmı?" sualına Ərdoğan “səncə?” sualı ilə cavab verdi – “Xanımım nə desə, o olur”  

Jurnalistin \"Bu, vidadırmı?\" sualına Ərdoğan “səncə?” sualı ilə cavab verdi – “Xanımım nə desə, o olur”  

SİYASƏT

Bugün, 17:15

Bu gün  Türkiyə prezident Ərdoğan lideri olduğu AK Partiyanın Parlamentdəki fraksiyası ilə toplantısından sonra maraqlı an yaşanıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, toplantıdan sonra jurnalistlərin biri ona "Toplantıdakı çıxışınız çox duyğusal idi, sanki vida nitqi, seçkiyə hazırlıq mesajı kimi idi", - sualı ünvanlayıb.

Ərdoğan bu suala elə sualla cavab verib: “Səncə beləydimi?"

Jurnalist isə sualına düzəliş edərək, “sanki seçkiyə işarə çıxışı idi” cavabını verir, lakin prezident buna reaksiyasız qalır.

Daha sonra jurnalistlərdən biri Ərdoğana gələn həftə olacaq Qurban bayramını nəzərdə tutaraq "Tətildə İstanbulda olacaqsınızmı?" sualı verir və belə cavab alır: “Hələ dəqiq deyil. Həyat yoldaşım nə desə, o da olacaq”

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR