Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
İQTİSADİYYAT
Bugün, 17:17
Şirkət 2025-ci ildə müştəri təcrübəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın rəqəmsal transformasiyasında mövqeyini möhkəmləndirib.
Mia.az xəbər verir ki, rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telekom" MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.
Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.
Bu məqsədlə "Azercell" abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə "DigiMax" tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.
"Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri "SİMA İmza" rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq "Azercell" yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir.
Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə imkanlarını genişləndirib. "Wingz" MMC ilə əməkdaşlıq çərçivəsində abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.
Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum imzalanıb. Bu çərçivədə təqdim edilən "Əsgərcell" təklifi xidmət dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini təmin edəcək.
Korporativ sektorda "Azercell Biznes" rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.
Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş "YolDASH360" platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.
2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə davam edib. Qlobal avtomatlaşdırma lideri "UiPath" ilə strateji əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə etmək imkanı yaradıb.
"Azercell" həmçinin telekommunikasiya və texnologiya sahəsində aparıcı beynəlxalq alyanslardan biri olan "TM Forum"un rəsmi üzvü olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrə çıxış imkanı qazandırıb.
2025-ci ildə "Azercell TechTalks" təşəbbüsü çərçivəsində korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. "Gələcəyi dəyişən texnologiyalar" mövzusuna həsr edilən tədbirdə süni intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub. Tədbirdə "Amazon Web Services", "Cisco", "FutureBright Group" və "UiPath" kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Beləliklə, 2025-ci il "Azercell" üçün rəqəmsal imkanların daha da gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da gücləndirməyə davam edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tokayev Ərdoğanı təltif etdi - "Bunu bir şərəf kimi görür, qəbul edirəm"
Bugün, 18:10 SİYASƏT
-
Türkiyə ilə Qazaxıstan arasında 13 saziş imzalandı - SİYAHI
Bugün, 18:05 DÜNYA
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
Bugün, 17:52 CƏMİYYƏT
-
İTV "Avroviziya-2026" ilə bağlı açıqlama yaydı
Bugün, 17:48 ŞOU-BİZNES
-
Əli Əsədov qərar mzalayıb
Bugün, 17:42 İQTİSADİYYAT
-
Bakıda XI sinif şagirdi məktəbdə pəncərədən yıxılıb
Bugün, 17:22 KRİMİNAL
-
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Bugün, 17:17 İQTİSADİYYAT
-
Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Mərkəzi Bankın ehtiyatları artıb – Bir həftə içində 6 milyard dollar
Bugün, 16:54 İQTİSADİYYAT
-
Rəsmi Tehran Çin gəmilərinə “yaşıl ışıq” yandırdı - Açıqlama
Bugün, 16:51 DÜNYA
-
Auditorlar Palatasında yeni idarə və şöbələr yaradılıb
Bugün, 16:47 İQTİSADİYYAT
-
Bəzi rayonlarda yağış və qar yağacaq - Xəbərdarlıq
Bugün, 16:19 CƏMİYYƏT
-
Prezident Baxış Babayevi təltif edib - Sərəncam
Bugün, 16:19 GÜNDƏM
-
Dövlət Agentliyi yaradıldı - Prezident fərman imzaladı
Bugün, 16:13 GÜNDƏM
-
Məleykə Abbaszadə: "SAT imtahanlarında saxtakarlıq halları var"
Bugün, 16:04 GÜNDƏM
-
"Mançester Yunayted" Onanaya “yox” dedi və...
Bugün, 15:49 İDMAN
-
AFFA bir neçə klubu cəzalandırıb
Bugün, 15:38 İDMAN
-
Şair Yusif Həsənbəy 93 yaşında vəfat edib
Bugün, 15:31 MƏDƏNİYYƏT
-
Bir qrup aktyora pul ayrıldı: 8500 manatdan 25 minədək - AzTV-dən açıqlama (YENİLƏNİB)
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
Bugün, 15:18 MƏDƏNİYYƏT
-
"K1" servis avtobusu 24/7 rejimində işləyəcək
Bugün, 15:10 CƏMİYYƏT
-
Selçuk İnan: “Yenə eyni ruhla mübarizə aparacağıq”
Bugün, 14:57 İDMAN
-
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
Bugün, 14:42 İQTİSADİYYAT
-
YENİ ELMİ İNSTİTUTLAR YARADILDI - Qərar verildi
Bugün, 14:42 GÜNDƏM
-
Hakim Akif İsgəndərov təqaüdə göndərilib
Bugün, 14:29 GÜNDƏM
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 14:15 PRESS
-
Kubada neft və yanacaq tükənib – Nazir SOS Verdi
Bugün, 14:08 DÜNYA
-
ÇİN və ABŞ LİDERLƏRİ İRANIN KİTABINI BAĞLADI: “Hörmüz boğazı açıq qalacaq, İran heç vaxt…”
Bugün, 13:50 GÜNDƏM
-
"Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır" - ŞƏRH
Bugün, 13:24 SİYASƏT
-
Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO
Bugün, 13:08 KRİMİNAL
-
Onlar Azərbaycana vizasız gələ biləcək
Bugün, 13:03 GÜNDƏM
-
“Qalatasaray” müğənniyə iki mahnı üçün fantastic məbləğ təklif etdi – 1.5 milyon avro
Bugün, 12:52 ŞOU-BİZNES
-
Türkiyədə iyrənc olay: tələbə müəlliminin təcavüzündən bezdi, lüt şəkildə özünü binadan atdı
Bugün, 12:36 KRİMİNAL