Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat

 Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat

DÜNYA

Bugün, 17:08

Hindistan bayrağı altında üzən gəmiyə Omana yaxın ərazidə hücum olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda hücumun hansı qüvvə tərəfindən törədildiyi açqlanmayıb, lakin bildirilib ki, bu, qəbuledilməzdir: "Ticarət və yük gəmilərin hücum yolverilməzdir. Təəssüf ki, bu gün Somalidən Birləşmiş Ərəb Əmirliklərinə gedən Hindistan bayrağı altında üzən yük gəmisinə Oman sahillərində hücum olunub. Hücumdan sonra gəmidə güclü yanğın başlayıb və gəmi batıb. Gəmidə olan 14 heyət üzvü isə Oman tərəfindən xilas edilib. Hadisə ilə bağlı Oman rəsmi araşdırmaya başlayıb”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR