"Referens" klinikasının direktoru xanımını niyə güllələyib? - Təfərrüat
KRİMİNAL
Bugün, 09:06
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi detalları məlum olub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb.
Belə ki, Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib. Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.
İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.
Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl başlayıb. Mübahisələr davamlı xarakter alıb.
İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.
Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.
Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.
Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vasif Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şərhçi niyə həbs edildi? – Məşhur jurnalistin keçmiş ərinə ağır ittiham var
Bugün, 10:25 PRESS
-
Prezident yeni nazir müavini təyin etdi - O, kimdir? (FOTO)
Bugün, 10:17 GÜNDƏM
-
Fərid Şəfiyev: "Biz şimala da, cənuba da baxanda müharibələr görürük"
Bugün, 10:07 SİYASƏT
-
“Qalatasaray” fanatı olan məşhur müğənniyə belə sual verildi: “100 milyon versək, ”Fənərbağça”ya himn yazarsan?
Bugün, 09:59 İDMAN
-
Minimum əməkhaqqı artımı... - Deputat qərarı şərh etdi
Bugün, 09:47 İQTİSADİYYAT
-
Elçin Əmirbəyov Kambocada - Çoxsaylı görüşlər keçirilib (FOTO)
Bugün, 09:33 SİYASƏT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:33 İQTİSADİYYAT
-
ÇİN LİDERİ 2 SAATLIQ GÖRÜŞDƏN SONRA TRAMPA BELƏ DEDİ: “Müharibə edə bilərik”
Bugün, 09:20 GÜNDƏM
-
Səhhəti ağır olduğu deyilən Akif İslamzadədən aqressiv cavab: "Nə edək? Çırtma çalıb oynayaq?"
Bugün, 09:07 MƏDƏNİYYƏT
-
"Referens" klinikasının direktoru xanımını niyə güllələyib? - Təfərrüat
Bugün, 09:06 KRİMİNAL
-
Başçı getdi, ətrafı həbs edildi - Nə dəyişdi ki?
Bugün, 09:06 CƏMİYYƏT
-
Kuba XİN: “Bu, siyasətçilərin qumar oyunudur”
Bugün, 08:27 DÜNYA
-
PEKİNDƏ DÜNYANIN YÖNÜNÜ DƏYİŞƏCƏK TARİXİ GÖRÜŞ: “Rəqib deyil, ortaq olmalıyıq” – İki liderdən ilk açıqlamalar + FOTOLAR
Bugün, 08:15 GÜNDƏM
-
Hörmüz boğazında böhran böyüyür - Körfəz ölkələri quru yola “qaçır”
Bugün, 08:07 İQTİSADİYYAT
-
Almaniyada həkim hakim qarşısına çıxarılacaq - 130 uşağa cinsi istismar ittihamı ilə
Bugün, 00:39 DÜNYA
-
Trampın Çinə səfərinə damğa vuran sensasion tarixi hadisə... - Dövlət katibinin sənəddə adı niyə dəyişdirilib?
Bugün, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Küveyt İran gəmisini vurdu – Rəsmi Tehrandan açıqlama
13.05.2026, 22:15 DÜNYA
-
Vüqar Rəhimzadə: "Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq"
13.05.2026, 22:14 SİYASƏT
-
"Sabah" daha bir tarixi uğura imza atdı
13.05.2026, 22:06 İDMAN
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişir - SİYAHI
13.05.2026, 21:51 GÜNDƏM
-
Rusiya britaniyalı naziri axtarışa verdi
13.05.2026, 19:36 DÜNYA
-
Səudiyyə Ərəbistanına 860 min nəfər axın edib – Həcc ziyarəti üçün
13.05.2026, 19:05 DÜNYA
-
Aparıcı Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
13.05.2026, 18:57 KRİMİNAL
-
Azərbaycanda saxlanılan Hindistan vətəndaşı ölkəsinə təhvil verilib
13.05.2026, 18:27 KRİMİNAL
-
"Nə saytı var, nə də nömrəsi..." - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu
13.05.2026, 18:09 İQTİSADİYYAT
-
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş olub
13.05.2026, 18:02 GÜNDƏM
-
"Birmarket"in işi tam şəkildə bərpa olunub: "Satıcılarımıza dəyən zərər kompensasiya ediləcək"
13.05.2026, 17:44 İQTİSADİYYAT
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
13.05.2026, 17:38 MƏDƏNİYYƏT
-
Daha çox şikayət olunan banklar: "Yapı Kredit Bank", "Unibank", "Expressbank", "Yelo Bank"...
13.05.2026, 17:21 İQTİSADİYYAT
-
Məşhur generalın xanımı vəkilliyə başlayıb
13.05.2026, 17:15 CƏMİYYƏT
-
Partiya sədri: “Prezidentlə görüşməmişəm, danışmamışam”
13.05.2026, 17:07 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.05.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident fərman imzaladı - Dəyişiklik
13.05.2026, 16:57 GÜNDƏM