Tokayev Ərdoğanı təltif etdi - "Bunu bir şərəf kimi görür, qəbul edirəm"

Tokayev Ərdoğanı təltif etdi -  \"Bunu bir şərəf kimi görür, qəbul edirəm\"

SİYASƏT

Bugün, 18:10

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana Qazaxıstanda Əhməd Yəsəvi Xüsusi Dövlət Medalı ilə təltif olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, medalı şəxsən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ərdoğanın yaxasına taxıb.

Prezident Ərdoğan təltifetmə mərasimində Hoca Əhməd Yəsəvi adına təsis edilmiş nüfuzlu medalı ilk dəfə almaqdan böyük məmnuniyyət duyduğunu deyib: "Bu medalı Türkiyə Respublikasına və millətimizə verilən yüksək bir şərəf kimi görür, qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığı indiki səviyyəyə çatdırmaqda göstərdiyiniz liderliyə görə əziz qardaşım, sizə təşəkkür edirəm. Allah qardaşlığımızı əbədi qorusun!".

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR