30 yaşlı futbolçu “Fənərbağça”dan gedir?

 30 yaşlı futbolçu “Fənərbağça”dan gedir? 

İDMAN

Bugün, 10:55

"Fənərbağça"nın ispaniyalı ulduzu Marko Asensionun gələcəyi klubda iyun ayında keçiriləcək prezident seçkisindən sonra bəlli olacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni rəhbərlik və baş məşqçinin rəyindən onunla bağlı yekun qərar veriləcək.
Bildirilir ki, Marko Asensionun özü də bu seçkini gözləyir, lakin o, eni zamanda, gələcək təklifləri də nəzərdən keçirəcəyini gizlətməyib: “Vəziyyətə uyğun addım atacağıq”.
Xatırladaq ki, 30 yaşlı Marko Asensio bu mövsüm "Fənərbaxça"da 38 oyun keçirib. Təcrübəli futbolçu bu matçlarda 13 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da bildirəjk ki, ispan futbolçu ötən mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer olunub. Onun İstanbul klubuyla 2028-ci ilə qədər müqaviləsi var.
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR