PEKİNDƏ DÜNYANIN YÖNÜNÜ DƏYİŞƏCƏK TARİXİ GÖRÜŞ: “Rəqib deyil, ortaq olmalıyıq” – İki liderdən ilk açıqlamalar + FOTOLAR
GÜNDƏM
14.05.2026, 08:15
ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin bu gün Bakı vaxtılıə səhərə yaxın Pekində bir araya gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 8.5 ildən sonra pekində gerçəkləşən görüşdən əvvəl ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpin tərəfindən rəsmi olaraq qarşılanıb.
Qapalı görüşdən əvvəl çıxış edən Çin Prezidenti Si Cinpin dünyada yaranan xaotik vəziyyətə diqqəti çəkib.
O, bildirib ki, indi ABŞ vı Çin rəqib deyil, ortaq olmalıdır: “Bu gün qlobal miqyasda əsrdə görünməmiş bir transformasiya sürətlənməkdədir. Beynəlxalq vəziyyət dəyişkən və qarışıqdır. Dünya yeni bir yol ayrıcına çatıb. Çin və ABŞ Fukidid tələsini aşa və münasibətlərdə yeni bir paradiqma yarada biləcəkmi? Qlobal çətinliklərin öhdəsindən birlikdə gələ və dünya üçün daha böyük sabitlik təmin edə bilərikmi? Hər iki xalqın rifahı və bəşəriyyətin gələcəyi naminə ikitərəfli münasibətlərimiz üçün birlikdə daha parlaq bir gələcək qura bilərikmi? Bu suallar və həlli bu günümüz və gələcək üçün vacibdir. Bəli, bunlar tarix, dünya və insanlar üçün həyati əhəmiyyətli suallardır. Bunlar, böyük millətlərin liderləri olaraq, sizin və mənim cavab verməli olduğumuz suallarıdır. İki ölkə yaranmış vəziyyəti aradan qaldırmaq üçün rəqib deyil, ortaq əməkdaşlıq etməlidir. Mən həmişə inanmışam ki, ölkələrimizin ortaq maraqları fikir ayrılıqlarımızdan daha üstündür. Birinin uğuru digəri üçün bir fürsətdir və sabit ikitərəfli münasibətlər dünya üçün faydalıdır. Çin və ABŞ əməkdaşlıqdan faydalanacaq. Biz rəqib yox, tərəfdaş, ortaq olmalıyıq. Bir-birimizə birlikdə uğur qazanmağa və çiçəklənməyə kömək etməliyik. Bu yeni dövrdə böyük millətlərin bir-biri ilə yaxşı yola getməsi üçün düzgün yolu tapmalıyıq”.
ABŞ Prezidenti Donald Tramp isə qarşılanma mərasimindən qürur duyduğunu gizlətməyərək çıxışına başlayıb: “Əvvəla, bu qarşılanma çox az insanın şahidi olduğu böyük bir şərəf idi. Deməliyəm ki, bu uşaqlar (Qarşılanma məraismində onu alqışlayan uşaqları nəzərdə tutur-Mia.az) məni xüsusilə təsirləndirdi. Onlar xoşbəxt idilər. Onlar gözəl idilər”.
Tramp daha sonra çinli həmkarını tərifləyib: “Siz böyük lidersiniz. Hamıya deyirəm ki, siz böyük lidersiniz. Bəzən insanlar mənim bunu deməyimi bəyənmirlər, amma mən yenə də bunu deyirəm, çünki bu, həqiqətdir. Mən sadəcə həqiqəti deyirəm. Mənim Çinə də böyük hörmətim var. Birlikdə möhtəşəm gələcəyimiz olacaq. Çinə və gördüyünüz işə böyük hörmətim var”.
İqtisadi münasibətlərdən danışan Tramp deyib: “Biz dünyanın ən böyük 30 şirkətindən soruşduq. Hər biri “bəli” dedi və mən yalnız ən yüksək vəzifəli şəxslərdən bunu dəfələrlə soruşdum və əmin oldum. Onlar bu gün sizə və Çinə hörmətlərini bildirmək üçün buradadırlar. Onlar iş görmək və əməkdaşlıq etmək üçün səbirsizliklə gözləyirlər. Bu proses tamamilə bizim tərəfimizdən qarşılıqlı əməkdaşlığa əsaslanacaq”.
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Qalatasaray"dan sürpriz transfer əməliyyatı: Camal Musiala "Cimbom"a gəlir?
Bugün, 00:49 İDMAN
-
"Beşiktaş" Darvin Nunezi "radar"ına alıb
Bugün, 00:38 İDMAN
-
"Fənərbağça"nın futbolçusu Sofyan Amrabata maraq artır
Bugün, 00:19 İDMAN
-
"Arsenal" klubu Xristoz Tzolisi heyətinə qatıb
Bugün, 00:14 İDMAN
-
"Atletiko Madrid" cənubi koreyalı futbolçusu ilə müqavilə imzalayıb
Bugün, 00:05 İDMAN
-
Sabahın hava proqnozu açıqlanıb
26.07.2026, 17:08 CƏMİYYƏT
-
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
26.07.2026, 17:06 SİYASƏT
-
Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb
26.07.2026, 17:02 CƏMİYYƏT
-
Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub
26.07.2026, 13:57 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
26.07.2026, 09:21 GÜNDƏM
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT