Gizli sənədlər media sızdı: “İran gücünü qoruyub” - Tramp “axmaqlar” deyib qəzəbləndi

Gizli sənədlər media sızdı: “İran gücünü qoruyub” - Tramp “axmaqlar” deyib qəzəbləndi

SİYASƏT

Bugün, 09:14

ABŞ mətbuatında İranın hərbi potensialının böyük bir hissəsini qoruması barədə yayılan gizli kəşfiyyat hesabatı prezidenti Donald Trampı qəzəbləndirib. O, bu məlumatı yayanları "Vətənə xəyanət"də günahlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “The New York Times” qəzetində dərc olunan kəşfiyyat məlumatına əsasən, İran 33 raket buraxılış sistemindən 30-na çıxışı qoruyur, üstəlik, raket ehtiyatlarının 70%-i işlək vəziyyətdədir.

Hesabatda həmçinin İranın Amerika döyüş gəmilərini təhdid edə biləcək hərbi potensiala malik olduğu da iddia olunub: “Peyk görüntüləri və müşahidə sistemləri sübut edir ki, İrandakı yeraltı qurğularının təxminən 90%-i müharibəyə hazırdır”

Dərc olnunan heasbatda ABŞ ordusunun mühüm sursat ehtiyatlarının azalmasında da diqqət çəkilib: "”Tomahawk” raketləri, Patriot hava hücumundan müdafiə raketləri və ATACMS raket sistemlərinin ehtiyatı azalıb...”

ABŞ Prezidenti Donald Tramp gizli məlumatı yayan mediaya olduqca ağır ittiham iorəli sürüb. O, bu media qurumlarını saxta məlumat yaymaqla Vətənə xəyanətdə ittiham edib: “Saxta xəbər mediası İranın bizə qarşı hərbi cəhətdən uğur qazandığını deyir. Bu, Vətənə xəyanətə bərabər olan yalan və absurd bir iddiadır. Onlar düşmənə kömək edir və ona dəstək verirlər. Onlar (Media) etdikləri şey İrana heç vaxt olmamalı olduğu yerdə yalan ümid verməkdir. Yalnız uduzanlar, nankor insanlar və axmaqlar Amerikaya qarşı belə saxta arqumentlər irəli sürürlər”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR